Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi “icazəsiz Hacc” yoxlamaları çərçivəsində 75 mindən çox insanın Hacc qaydalarını pozduğuna görə geri göndərildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi nəzdində ictimai təhlükəsizlik müdiri general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
Yaşayış icazəsi olan, lakin Hacc sənədi olmayan təxminən 270 min insanın Məkkəyə buraxılmadığını bildirən Bassami, Hacc qaydalarını pozan 75 min 943 nəfərin geri göndərildiyini qeyd edib.
Bassami həmçinin 252 saxta hacc təşkilatı, 1239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkar etdiklərini də bildirib.
Səlahiyyətlilər, builki Hacc dövründə təhlükəsizliyi təmin etmək üçün pilotsuz uçuş aparatları, süni intellekt dəstəkli analiz sistemləri və müşahidə kameraları da daxil olmaqla qabaqcıl texnologiya sistemlərinin istifadəyə verildiyini açıqlayıb.
Dövlət Təhlükəsizliyi Prezidentliyinə bağlı Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Məhəmməd əl-Umri müqəddəs yerlərə icazəsiz girişin qarşısını almaq və izdihamın təhlükəsiz idarə olunmasını təmin etmək üçün bu il sahədə ətraflı planların həyata keçirildiyini bildirib.
Mülki Müdafiə direktoru general-mayor Hamid əl-Ferc bu il ilk dəfə yanğınsöndürmə və xilasetmə missiyalarında “Sakr (Şahin)” adlı xüsusi pilotsuz təyyarələrdən istifadə ediləcəyini açıqlayıb.
Pasport Departamentinin Baş direktoru general-mayor Salih əl-Murabba 2025-ci il Hacc mövsümü ərəfəsində xaricdən gələn zəvvarların sayının indiyədək 1 milyon 475 mini keçdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı Kral Salmanın xüsusi qonaq proqramı çərçivəsində İordan çayının qərb sahilindən gələn ilk 500 nəfərlik zəvvar karvanını, o cümlədən fələstinli şəhidlərin yaxınları, məhbuslar və yaralıları qarşılayıb. Proqram çərçivəsində ümumilikdə 1000 fələstinli zəvvar qəbul ediləcək.
75 mindən çox Hacc zəvvarı qaydaları pozduğuna görə geri göndərilib