UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Bu ada PSJ-nin hücumçusu Usman Dembele layiq görülüb.
28 yaşlı hücumçu turnirdə 15 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə verib. Final qarşılaşmasında isə Dembelenin hesabında 2 qol ötürməsi olub.
Xatırladaq ki, PSJ finalda Milan “İnter”ini 5:0 hesabı ilə darmadağın edərək Çempionlar Liqasının qalibi olub. Bu, Paris klubunun turnir tarixində ilk qələbəsidir.
Dembele ÇL-nın ən yaxşısı seçildi