Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçması zamanı 1 nəfər dünyasını dəyişib (yenilənib)

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, bir məhkum xəsarət alıb. Ötən gün gündüz saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.

Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verərək müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmadığını bildirib.

Əldə edilən son məlumata görə hadisə zamanı xəsarət almış məhkum Mustafayev Mövlam Muxtar oğlunun aldığı xəsarətlərdən həyatını itirib.