Uşaqların Müdafiəsi Günündə; 400-ə yaxın fələstinli uşağ İsrail həbsxanalarında əsirllikdədir

Fələstinli Məhbuslar Klubu May ayından etibarən İsrail həbsxanalarında təxminən 400 fələstinli uşağın saxlanıldığını bildirib.

Xarici KİV-in çərşənbə günü verdiyi xəbərə görə, Fələstinli Məhbuslar Klubu 2025-ci il Mayın əvvəlinə qədər İsrail rejiminin həbsxanalarında məhbus olan uşaqların sayının təxminən 400-ə çatdığını elan edib.

Bundan əvvəl Qəzzə Dövlət İnformasiya Mərkəzi hazırda İsrail həbsxanalarında 10 mindən çox fələstinlinin saxlandığını, 20-dən çox İsrail həbsxanası və təcridxanasında işgəncə və zorakılığa məruz qaldığını qeyd edərək bildirmişdi: “Bu əsirlər qeyri-insani şəraitdə saxlanılırlar; elə bir şərait ki, orada bütün əsas insan hüquqları pozulur və beynəlxalq qanunlar və Cenevrə konvensiyaları əsirlərə qarşı sistematik şəkildə pozulur.

Bu mərkəz, həmçinin Qəzzə əsirlərinin vəziyyətinə də toxunaraq bildirib ki, son müharibə zamanı Qəzzə sakinlərindən dörd mindən çox insan, o cümlədən qadınlar, uşaqlar, tibb işçiləri və yardım heyəti əsir götürülüblər.

Əlavə olaraq qeyd olunub ki, bu şəxslərin əksəriyyəti xüsusilə sionist rejimin işgəncə məntəqəsi kimi tanınan “Sədiye Timan” düşərgəsində amansız şəraitdə saxlanılırlar.