Super Liqa: "Qalatasaray" mövsümü qələbə ilə başa vurub

Türkiyə Super Liqasında sonuncu - XXXVIII tura start verilib.

İlk gün 3 qarşılaşma baş tutub.

Çempionluğunu rəsmiləşdirən "Qalatasaray" öz meydanında "Başakşəhər"i qəbul edib.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyununda "Trabzonspor" səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

Türkiyə Super Liqası
XXXVIII tur

21:00. "Antalyaspor" - "Trabzonspor" - 0:2
21:00. "Qalatasaray" - "Başakşəhər" - 2:0
21:00. "Kasımpaşa" - "Göztəpə" - 1:2