İsrail Suriyada silah anbarlarına zərbələr endirib

İsrail ordusu Suriyanın şimal-qərbindəki Laziqiyyə bölgəsində gəmi əleyhinə raketlər və zenit-raket komponentləri olan silah anbarlarına zərbələr endirib.

Bu haqda ordunun mətbuat xidməti məlumat yayıb.

"Ordumuz bir müddət əvvəl Suriyanın Laziqiyyə bölgəsində İsrailin naviqasiya azadlığına təhlükə yaradan gəmi əleyhinə raketlərin olduğu silah anbarlarına zərbələr endirib. Bundan əlavə, bölgədəki zenit-raket kompleksləri də hücuma məruz qalıb", - məlumatda deyilir.

Məlumat üçün deyək ki, İsrail bu tip bəhanələrlə az qala hər gün Suriyanın ərazisinə hücum edir.