Tehranın cümə namazının müvəqqəti sədri Ayətullah Seyid Əhməd Xatəmi ABŞ prezidenti Donald Trampın İranın nüvə texnologiyasından çox qorxduğunu bildirib.
Bu həftənin Tehran Cümə Namazı Ayətullah Seyid Əhməd Xatəminin imamlığı ilə qılınıb.
Cümə namazı xütbələrində çıxış edən Ayətullah Xatəmi İranın nüvə proqramını yüksək qiymətləndirib və bu sahədə böyük irəliləyiş əldə olunduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp və Qərb ölkələrinin İranın nüvə proqramı ilə bağlı iddialarına gəlincə, Ayətullah Xatəmi, “Trampın narahatlığı atom bombası deyil, çünki onlar bilirlər ki, bizdə atom bombası yoxdur. Dünyanın gələcək enerjisi nüvə enerjisidir, ona görə də düşmənlər nüvə texnologiyalarının lokallaşdırılmasından çox narahatdırlar. Düşmənlər qəzəblənsin, bu texnologiya yerli olub.''
İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, Tehranın nüvə silahı əldə etmək niyyəti yoxdur.
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei 2005-ci ildə nüvə silahının istehsalı, saxlanması və istifadəsini qadağan edən fətva verib.
Tramp İranın nüvə texnologiyasından çox qorxur