Qırğızıstanda müstəqil “Kloop” xəbər portalının daha iki əməkdaşı hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib. Bu barədə nəşrin baş redaktoru Anna Kapuşenko məlumat verib.
Onun sözlərinə görə, mayın 29-da “Kloop” əməkdaşı Abdil Torobayevin evində Dövlət Milli Təhlükəsizlik Komitəsinin (GKNB) əməkdaşları axtarış aparıb. Təhlükəsizlik qüvvələri Torobayevin şəxsi texniki avadanlıqlarını müsadirə edib və onu dindirilmək üçün şəhər üzrə xüsusi xidmət idarəsinə aparıblar.
Axşam saatlarında hüquq-mühafizə orqanları redaksiyanın ofis-meneceri Sımbat Baymurzayevanın yaşadığı ünvana da baş çəkiblər.
Bundan bir gün əvvəl isə xüsusi xidmət orqanları “Kloop”un operatoru Aleksandr Aleksandrovu, jurnalistlər Ziyagul Bolot qızı və Aydai Erkebayeva ilə yanaşı, qurumun keçmiş əməkdaşları Zara Sıdıgaliyeva və Joomart Duulatovu dindirilməyə aparmışdı. Jurnalistlərin iki dostu da saxlanılmışdı. Nəticədə Duulatov və Aleksandrov 48 saatlıq həbs edilib, digərləri isə sərbəst buraxılıb.
Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Dayırbek Orunbekov isə bildirib ki, saxlanılan şəxsləri jurnalist və araşdırmaçı Bolot Temirov maliyyələşdirib və onlar sifarişli materiallar hazırlayıblar. Onun iddiasına görə, “Kloop” əməkdaşları “qanunsuz hərəkətlər” etdiklərini etiraf edərək Temirovla əməkdaşlıqdan imtina ediblər.
Jurnalist Bolot Temirov isə bu ittihamları rədd edib. O bildirib ki, saxlanılan şəxslərin əksəriyyətini ümumiyyətlə tanımır:
“Mən heç kimə tapşırıq vermirəm, heç bir komanda ilə çalışmıram, heç kimə pul ödəmirəm. Bütün araşdırmalarla şəxsən özüm məşğul oluram. Bəzi materialları isə müstəqil redaksiyalar və beynəlxalq tərəfdaşlarla birgə yayımlayırıq,” – deyə Temirov vurğulayıb.
“Amnesty International” insan haqları təşkilatı bəyanat yayaraq “Kloop” jurnalistlərinin saxlanılmasını ifadə azadlığına hücum adlandırıb.
““Kloop” jurnalistlərinin saxlanılması Qırğızıstanın təhlükəsizlik aparatının müstəqil medianı susdurmaq üçün necə alətə çevrildiyinin daha bir açıq nümunəsidir. Bu addımlar tənqidi səsləri qorxutmaq məqsədi daşıyır”, - “Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib.
Strazersin sözlərinə görə, jurnalistlərin peşə fəaliyyəti ilə bağlı saxlanılması, vəkilə çıxış imkanının məhdudlaşdırılması və evlərdə məhkəmə qərarı olmadan aparılan axtarışlar Qırğızıstanın həm milli qanunvericiliyini, həm də beynəlxalq insan hüquqları standartlarını pozur.
“Bu həbslər korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını işıqlandıran media qurumlarına qarşı genişlənən təzyiq kampaniyasının bir hissəsidir,” – deyə o vurğulayıb.
“Amnesty International” Qırğızıstan hakimiyyətini “Kloop” və digər müstəqil media qurumlarına qarşı təqiblərə son qoymağa çağırıb.
Qırğızıstanda müstəqil media orqanlarına qarşı təqiblər ötən ildən geniş vüsət alıb. “24.kg”, “Kloop” və “Temirov Live” sərt təzyiqlərə məruz qalıb və ya bağlanmağa məcbur olub.
Hökumət “Kloop”un veb-saytını bloklayıb, bu medianın himayəsində olduğu təşkilat isə fevral ayında məhkəmə qərarı ilə ləğv edilib.
Prokurorlar psixiatrların ifadələrinə istinadən nəşrin cəmiyyəti mənfi mesajlarla “qıcıqlandıraraq, insanların psixi sağlamlığına təsir etdiyini” iddia ediblər.
“Kloop” iddiaları rədd edib, əsassız adlandırıb və bütün bunları hakimiyyətin jurnalistlərə, mediaya, hüquq müdafiəçilərinə qarşı repressiyasının yeni böyük dalğası adlandırıb.
“Kloop” 2007-ci ildə təsis edilən araşdırma platformasıdır. Media orqanı Qırğızıstanda baş verən ən mühüm hadisələri operativ və balanslı şəkildə işıqlandırmağa çalışır. Sayt hesabatlar, araşdırmalar, qrafika və videolar vasitəsilə insan hekayələrindən bəhs edir.
Bişkek şəhər Prokurorluğunun “Kloop”un ləğvi ilə bağlı vəsatət qaldırdığı gün medianın saytında həm Qırğızıstan prezidenti Sadır Japarovun, həm də Dövlət Duması rəhbərinin qohumlarının Qırğızıstanda İspaniyanın “Barselona” futbol klubuna bağlı futbol akademiyası üçün binanın tikintisi haqda araşdırma dərc edilib.
Bu araşdırmadan 4 gün sonra prezident Sadır Japarov “Kloop”u kəskin tənqid edib və medianın “qırğız xalqına fayda yox, yalnız zərər gətirdiyini” bildirib.
2024-cü il yanvarın 15-də Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları “24.kg”ın ofisində axtarış aparıb, avadanlıqları müsadirə edib, saytın direktoru Asel Otorbayevanı, redaktorlar Maxinur Niyazova və Anton Lyarı saxlayıb.
Sayta qarşı “müharibə təbliğatı” maddəsi ilə cinayət işi açıldığı bildirilsə də, təfərrüatlar açıqlanmayıb. “24.kg”ın ofisi möhürlənib. Otorbayeva, Niyazova və Lymar sonradan azad edilsələr də, iş üzrə şahid qismində təxminən 45 dəqiqə dindiriliblər.
Saytın ofisindəki axtarış zamanı kompüterlər və sənədlər götürülüb.
“Temirov Live”da hadisələr daha pis şəkildə cərəyan edib. Media orqanının hazırkı və keçmiş jurnalistlərindən 11-i yanvarın 16-da həbs edilib. “Temirov Live”ın redaksiyasında və jurnalistlərin evlərində axtarışlar aparılıb, avadanlıqlar müsadirə edilib.
Oktyabrın 10-da Leninski Rayon Məhkəməsi “Temirov Live”-ın 11 keçmiş və hazırkı əməkdaşı ilə bağlı hökm çıxarıb.
“Temirov Live” layihəsinin rəhbəri Maxabat Tajibek qızı altı il azadlıqdan məhrum edilib. “Ayt, Ayt Dese” layihəsinin əməkdaşı Azamat İşenbekova isə beş il həbs cəzası verilib. Məhkəmə Tajibek qızını “hakimiyyət nümayəndələrinin qanuni tələblərinə qarşı çıxmağa və kütləvi iğtişaşlara, eləcə də vətəndaşlara qarşı zorakılığa çağırışları təşkil etməkdə” təqsirli bilib. İşenbekov isə bu fəaliyyətə “yardım etməkdə” təqsirli bilinib.
“Alga Media”nın əməkdaşı Aktilek Kaparov və “Temirov Live” əməkdaşı haqqında da beş il həbs qərarı verilib. Lakin məhkəmə onları dərhal azad edərək 3 il müddətinə probasiya nəzarətinə buraxıb.
Cinayət işində adı keçən digər şəxslər — “Archa Media” jurnalisti Saypidin Sultanaliyev, “PolitKlinika” nəşrinin əməkdaşı Tınıstan Asıpbekov, “Temirov Live” əməkdaşları Maksat Tajibek oğlu, Jumabek Turdaliev və Akıl Orozbekov, “Ayt, Ayt Dese”nin əməkdaşı Sapar Akunbekov, habelə “Nur Press” jurnalisti Joodar Buzumov barəsində isə məhkəmə “cinayət tərkibinin olmaması” səbəbilə bəraət hökmü çıxarıb.
“Temirov Live”ın təsisçisi Bolot Temirov milli pasportundan məhrum edilərək sürgünə göndərilib.
Qırğızıstanda müstəqil mediaya qarşı təzyiqlər artır, daha bir neçə jurnalist saxlanılıb