“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırdığı barədə bəyanat yayıb.
“Birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik.
Biz, İdarə Heyətinin üzvləri olaraq, bu birlikdə iştirak etmiş bütün üzvlərə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İctimai Birlikdə təmsil olunan üzvlər bundan sonra da dövlətimizin yanında olacaq, qazilərimizin hüquq və maraqlarının bundan sonra daha şəffaf, məqsədyönlü və ədalətli platformalar üzərindən müdafiə olunacağına inanırıq”.
“Gənc Qazilər” İctimai Birliyi sədri Hacı Vəliyev martın 31-də saxlanılıb.
Qazilərin hüquqlarının qətiyyətlə qorunmasında gostərdiyi səylərə gorə Haci Vəliyev saxta ittihamla həbs edildi.
Birlik bir gün öncə yaydığı bəyanatda isə Hacı Vəliyevin sədr vəzifəsindən istefa verdiyini açıqlamışdı.
“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb