İsrail tibbi yardımla yüklənmiş 3000 yük maşınının əraziyə girişini əngəlləyir

Qəzza zolağının Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş bildirib ki, İsrail tibbi yardım daşıyan təxminən 3000 yük maşınının mühasirəyə alınan əraziyə daxil olmasına mane olub.

Burş sosial media hesabından verdiyi açıqlamada İsrailin ABŞ-ın dəstəyi ilə bölgədə “soyqırım” həyata keçirdiyini qeyd edib.

Qəzzadakı xəstəxanaların dərman və tibbi ləvazimat çatışmazlığı səbəbiylə "yazıqlı" vəziyyətdə olduğunu vurğulayan Burş, "Hazırda Misirin Ariş şəhərində gözləyən 3 min sağlamlıq yardımı maşını İsrailin maneələri səbəbindən Qəzzaya çata bilmir" deyib.

 

Epidemiyalar yayılır

Burş, dərman və peyvəndin ölkəyə girişinin qarşısının alınmasının yoluxucu xəstəliklər və epidemiyaların yayılmasına səbəb olduğunu, Qəzzada kəskin ishal və menenjit kimi xəstəliklərin artdığını, yüzdə 90-ı suya çatmaqda çətinlik çəkən əhali arasında su təhlükəsizliyi böhranının dərinləşdiyini bildirib.

Burş həmçinin İsrailin son vaxtlar tətbiq etdiyi “yeni yardım paylama mexanizmini” sərt şəkildə tənqid edərək, bu üsulun “kütləvi öldürmə tələləri və məcburi köç üçün bir vasitə” halına gəldiyini və yardım istəyən mülki şəxslərə təkrar hücumların bu müşahidəni təsdiqlədiyini vurğulayıb.

Qəzza Hökumətinin Media Ofisinin məlumatına görə, İsrail ordusu mayın 27-dən bu yana yardım paylama məntəqələrində 49 fələstinlini öldürüb, 305 nəfəri yaralayıb. Təkcə bu gün Rəfah və Qəzza zolağının mərkəzindəki hücumlarda 32 nəfər həyatını itirib, 250-dən çox insan isə yaralanıb.

İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına etdiyi hücumlarda 54 418 nəfər həyatını itirib, 124 190 nəfər isə yaralanıb.