"Bizim çox vaxtımız yoxdur, çünki əgər bunları hakimiyyətdən uzaqlaşdırmasaq, elə bir vəziyyətə düşəcəyik ki, Rusiya təcavüzü qarşısında tamamilə müdafiəsiz qalacağıq".
Bu fikirləri bu gün keçirilən məhkəmə prosesində Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili səsləndirib.
Onun sözlərinə görə, o, işğalçı rejimin şəxsi məhbusudur.
"Bu vəziyyətin qarşısını mütləq almalıyıq. Bunun üçün bizə vətənpərvər, Gürcüstana xidmət edən bir hakimiyyət lazımdır, işğalçı rejimin birbaşa maşaları və nökərləri deyil", - deyə, o qeyd edib.
Üçüncü prezident qeyd edib ki, ona pul israfına görə hökm oxuyurlar.
"Mən işğalçı rejimin şəxsi məhbusuyam. Bundan başqa, mənə qarşı baş verən bu ədalətsizlik əvvəlcədən yazılmış bir ssenaridir və Rusiyanın xüsusi xidmət orqanlarının – FSB-nin kabinetlərində hazırlanıb. Məni guya vəsaitlərin israfına görə, adi prezident xərclərinə görə mühakimə edirlər. Halbuki qızım Alisa yaşadığı mənzildə ayrıca otaq arzulayır...
Bunlar inanılmaz dərəcədə azğınlaşıblar. Mən axmaq idim ki, Gürcüstan hakimiyyətində olduğum dövrdə pul qazanmırdım? Axmaq deyildim, bu mənim inancım idi və hələ də belədir – xüsusilə də kasıb xalqın hesabına varlanmaq olmaz, mülkləri, meşələri, torpaqları mənimsəmək olmaz. Bunlar hamısı məni axmaq hesab edir ki, bunları etməmişəm. Amma mən axmaq deyiləm, buna görə də Gürcüstanda və onun hüdudlarından kənarda xalqın dəstəyinə və sevgisinə sahibəm", - deyib Mixeil Saakaşvili.
O, xaricdə yaşayan Gürcüstan vətəndaşlarına müraciət edərək, vətənə qayıtmağa hazırlaşmağı tövsiyə edib.
"Kasıb xalqın hesabına varlanmaq olmaz, mülkləri, meşələri, torpaqları mənimsəmək olmaz" Saakaşvili