Uşaqların Müdafiə Günündə görünən mənzərə

Bu gün Ümümdünya Uşaqların Müdafiəsi günüdür. Həqiqətən müdafiəyə ehtiyac duyulan bir dünyanın uşaqları qoruma altına alması günün reallığında çox eybəcər görünür.
Siyasi manipulyasiyaya çevrilən bu pafoslu sözlərin həqiqəti gözlərimiz önündə minlərlə insanı günahsız həbsxana divarları arasına məhkum etməklə onların müdafiəsiz buraxılan uşaqları deyilənlərə əyani sübutdur.
İnancı, inamı, düşüncəsi səbəbindən həbsxanalara məhkum edilən şəxslərin körpələri bu gün ruhi və cismi müdafiəsiz təzyiq və məhdudiyyətlər altında əzilməyə məhkum edilib.
Bütün bunların yaşandığı bir cəmiyyətdə hansı uşaqların müdafiəsi söz mövzusu ola bilər ki? Buna sosial təminat, lazımı tibbi xidmət, (repititorsuz) təhsil və sair onlarla bu kimi problemlərin yaratdığı böhran bu günün uşaqlarına təqdim edilən həyat tərzidir.
Dünyada da mənzərə fərqli deyil. 2023-cü ilin oktyabrından bu günə Qəzzədə öldürülən uşaqların sayı 16 000 keçib. Dünyanın qorumasını qeyd etdiyi uşaqları qaniçən İsrailin əlində soyqırıma məruz qalmasını seyr etməsi eyni siyasi baxışların aydın təzahürüdür. Qida və su çatışmamazlığından, tibbi xidmətin yoxluğundan can verən bu uşaqlar az bir qisim sionistin dünyanın gözü önündə etdiyi vəhşiliklərin qurbanıdır. Susmaq isə eyniliklə siyasi oyunların mahir oyunçularının “Həqiqi Müdafiə Olunanlar” tablosunda maraqlarını aşkar təzahür etdirirlər.
Bu bizim Müdafiə Gününü qeyd etdiyimiz tarixdə ölkəmizdə sayı minlər üzərində olan atalarının günahsız həbs olunma səbəbindən müdafiəsiz qalan körpələr-uşaqlarımızın vəziyyəti, digəri isə sayı 16503 nəfərə çatan kiçik məntəqə olan Qəzzədə öldürülən uşaqların halı.
Fələstin Səhiyyə Nazirliyinin bu günə dərc olunan bəyanatında müxtəlif yaş qruplarında şəhid olmuş uşaqların sayı ilə bağlı təfərrüat qeyd olunub:
Südəmər (1 yaşdan aşağı) – 916 şəhid
1-5 yaşlı uşaqlar – 4365 şəhid
6-12 yaşlı uşaqlar – 6101 şəhid
13-17 yaşlı yeniyetmələr – 5124 şəhid
Bu sırada minlərlə əlil qalan, bədəninin müxtəlif hissələrini itirən uşaqların sayı yuxarıda göstərilən rəqəmlərdə özünü əks etdirir deyə bu statistik göstərici üzərinə varmadan “Bu Gün Beynəlxalq Uşaqların Müdafiə Günüdür” deyərək dünyamızda müdafiə altında uşaqlara qorunmalı bir həyat arzu edirik.