Yəmən: Qəzzanı heç vaxt tək qoymayacağıq

Yəmən xalqının bu gün Sənada təşkil etdiyi nümayiş cəmiyyətin müxtəlif təbəqələrinin coşğulu və sıx iştirakı ilə keçirilib. Nümayiş zamanı vətəndaşlar vurğuladılar ki, məzlum Qəzzə xalqına hər cür dəstək və onların cəsur müqaviməti sionist rejimin hücumları və cinayətləri bitənə qədər davam edəcək.

Sənanın Sebin meydanında keçirilən nümayişin sonunda dərc olunan “Qəzzə və Məscidül-Əqsa hücuma məruz qaldığı müddətdə sionist rejim əmin-amanlıqda olmayacaq” başlıqlı bəyannamədə, sionistlərin Həzrəti Məhəmmədə (s) və Məscidül-Əqsaya qarşı təkrar-təkrar təhqirlərinin sadəcə qınama bəyanatları ilə qarşılanmayacağı, milyonlarla insanın iştirak edəcəyi üsyanlarla cavablandırılacağı bildirilib.

Bəyannamə İslam ümmətini yürüşlər təşkil etməyə, ümumi səfərbərlik elan etməyə və düşmənlərə qarşı iqtisadi boykot həyata keçirmək üçün hər cür töhfə verməyə çağırıb.

Bundan əlavə, bəyanatda Qəzzənin Amerika, Qərb və dünya sionistlərinin qeyri-məhdud dəstəyi olan ən güclü şər imperiyalarına qarşı hələ də müqavimət göstərdiyi və təslim olmadığı vurğulanıb.

Ərəb və İslam ölkələrində insanlara müraciət edən bəyanatda onları dinlərini, Peyğəmbərini (s) və müqəddəs dəyərlərini müdafiə etməyə çağırıb.

Bəyanatda həmçinin deyilir: “Sionist rejimə açıq şəkildə bildiririk ki, ölkəmizin (Yəmənin) şəhər infrastrukturuna, xidmət mərkəzlərinə və iqtisadi obyektlərinə hücumlarınız sizin ən çirkin və ən rəzil düşmən olduğunuza inancımızı gücləndirir”.

Silahlı qüvvələrdəki döyüşçülərə belə çağırış edilib: “Nə qədər ki, Qəzza soyqırıma məruz qalır və Məscidül-Əqsa hücumlara məruz qalır, sionist düşmənin özünü təhlükəsiz hiss etməsinə əsla imkan verməyin”.

Nəhayət, bəyanatda xüsusilə Qəzzə xalqı və döyüşçüləri səbir və müqavimətlərini davam etdirməyə çağırılıb. Çünki onlar Allah yolunda vuruşurlar və Yəmən xalqı onların yanındadır; onları heç vaxt tək qoymayacaqlar.