İsrailin 3 hərbçisi Qəzzada öldürüldü

Qəzza sektorundakı toqquşmalar zamanı daha 3 İsrail hərbçisi öldürülüb.

İsrail tərəfi öz itkiləri ilə bağlı məlumat yayıb.

Qeyd edilib ki, 20 yaşlı serjant Lior Şteynberq, 20 yaşlı serjant Ofek Barxana və 22 yaşlı serjant Omer Van Gelder Qəzzanın şimalında ölüb.

Onlar “Givati” briqadasının üzvləri olublar.

Həmçinin 2 İsrail əsgəri də yaralanıb.