Böyük təqlid müctəhidi Ayətullah əl-Üzma Seyyid Əli Sistaninin Nəcəf Əşrəfdəki ofisi, yaydığı rəsmi bəyanatda İsrail rejiminin İrana qarşı həyata keçirdiyi hücumu, bir qrup elm adamı, hərbi komandir və mülki vətəndaşın, o cümlədən qadın və uşaqların həyatını itirməsinə səbəb olan bu təcavüzü, eləcə də elmi və tədqiqat mərkəzlərinə edilən hücumları sərt şəkildə qınayıb.
Bəyanatda deyilir:
“Bismillahir-Rahmənir-Rahim
Cümə səhəri işğalçı Sionist rejimin İranın bir qrup elm adamı, hərbi komandiri və mülki vətəndaşlarını – o cümlədən qadın və uşaqları – hədəfə alaraq həyata keçirdiyi hücum və bu ölkənin bir sıra elmi və tədqiqat mərkəzlərinə etdiyi hücum, bir daha bu rejimin təhlükəli və təcavüzkar mahiyyətini nümayiş etdirdi.
Biz, bu cinayətkar hücumu qəti şəkildə qınayır, möhtərəm şəhidlərin uca məqamına Allahdan rəhmət və dərəcələrinin ali olmasını diləyir, ailələrinə başsağlığı veririk, yaralılara və zərərçəkənlərə tezliklə şəfa arzu edirik.
Eyni zamanda beynəlxalq ictimaiyyəti bu təcavüzkar rejimə və onun himayədarlarına təzyiq göstərməyə çağırırıq ki, bu cür hücumların davamının qarşısı alınsın.
Mütəal Allahdan, əziz İran xalqına izzət və qürur içində davamlı uğurlar arzu edirik.
Və la həvla və la quvvətə illa billahil-əliyyil-əzîm.”
Ayətullah Sistani İsrailin İrana hücumunu qınadı