İslam Peyğəmbərinin (s) mütləq göstərişi var ikən niyə ümmət peyğəmbərin (s) rehləti ilə bu yaxın tarixi unutdu?
- Bu sual İslam tarixinin ən mühüm və mübahisəli mövzularından biridir. Qədir-Xum hadisəsi və onun nəticələrinin İslam ümməti tərəfindən necə qəbul olunması, həm sünni, həm də şiə mənbələrində fərqli şəkildə təqdim olunur. Verdiyiniz sualı müxtəlif istiqamətlərdən təhlil edə bilərik.
1. Siyasi səbəblər (Tarixi və siyasi şərait);
Peyğəmbərin (s) vəfatından dərhal sonra Səqifə hadisəsi baş verdi. Orada Ənsar və Mühacirlər arasında xilafət məsələsi müzakirə edildi və nəticədə Əbu Bəkrin xəlifə seçilməsi ilə nəticələndi. Bu hadisə Qədir-Xumun hələ yeni baş verdiyi bir zamanda reallaşdı. Lakin Səqifə çox sürətli və fövqəladə şəraitdə baş verdi. Peyğəmbərin (s) dəfn mərasimi hələ tamamlanmamışdı. Bəzi səhabələr, o cümlədən Əli ibn Əbu Talib (ə) və onun yaxınları, dəfn və matəm işləri ilə məşğul idilər. Bu səbəbdən Qədir-Xumda elan edilən rəhbərlik tezliklə siyasi hadisələrin kölgəsində qaldı.
2. Qədir-Xumun mənasının fərqli şərh olunması (Terminoloji ixtilaflar);
Sünni mənbələri Qədir-Xumda İslam Peyğəmbərinin (s) buyurduğu "mövla" sözünü dost, yardımçı, sevimli şəxs kimi təfsir edirlər. Onlara görə, bu hadisə Əlinin (ə) fəzilətini təsdiqləyir, amma siyasi rəhbərlik təyinatı kimi qəbul edilmir. Şiə mənbələri isə "mövla" sözünün rəhbər, vərəsə və imam mənasında olduğunu qəbul edir. Yəni şiələrə görə, Qədir-Xum birbaşa imamətin elanıdır.
3. Bəzilərinin dünya meyilləri və məqam, rəyasət, rəhbərlik istəkləri;
İslam mənbələrində qeyd olunur ki, bəzi insanlar rəhbərlik istəyirdilər və Əlinin (ə) təyinatı bu maraqlara zidd idi. Quranda belə bir təbiət də tənqid olunur: "Sizə bir peyğəmbər (rəhbər) gəldiyi zaman nəfsinizin istədiyinə uyğun deyilsə, onu təkzib edirdiniz." (Bəqərə 2:87)
4. Təzyiqlər və hadisənin üstünün örtülməsi;
Şiə tarixçilərinə görə, sonralar Qədir-Xum hadisəsi ilə bağlı danışmaq və ya onu gündəmə gətirmək müəyyən səviyyədə təzyiqlərlə qarşılaşdı. Əli (ə) özü də dəfələrlə bu hadisəyə istinad etsə də, insanlar (nəfsani istəklərinə görə) sanki onu unutmuş kimi davranırdılar.
5. Unutqanlıq deyil, məqsədli siyasi yaddan çıxarmadır.
Əksər şiə alimləri bu hadisənin məqsədli şəkildə ikinci plana atıldığını düşünürlər. Çünki Qədir-Xum yalnız şifahi deyil, minlərlə müsəlmanın iştirakı ilə baş vermiş ictimai bir hadisə idi. Belə böyük hadisənin bu qədər tez unudulması təbii deyil.
Nəticə olaraq deyə bilərəm ki, Qədir-Xum İslam tarixində mühüm bir hadisədir və Peyğəmbərin (s) bu qədər aydın mesaj verdiyi bir məsələni unutmaq və ya unutdurmaq mümkün deyil. Lakin Tarixi və siyasi dəyişikliklər, müxtəlif dini-təfsir yönlü baxışlar, dünyəvi maraqlar və hakimiyyət ehtirasları, hadisənin mənasının təhrif edilməsi bu hadisədə qismən həqiqətin üstünün örtülməsinə səbəb olmuşdur.
Burada "Mövla" sözünü qısa olaraq araşdırmaq da yerinə düşər. Əziz İslam Peyğəmbəri (s) Qədir-Xumda buyurdu: "Mən kuntu məvlahu fə haza Əliyyun məvlahu". "Mən kimin rəhbəriyəmsə, bu Əli də onun rəhbəridir."
Yuxarıda qeyd etdiyimiz kimi, "Mövla" sözü bir çox ayələrdə "Rəhbər" sözü kimi ifadə edilsə də, dost, yoldaş, yardımçı və sevimli mənaları da verir. Burada hansı mənanı verdiyini düzgün bilmək üçün Qədir-Xum hadisəsini diqqətli və ətraflı araşdırmaq lazımdır. Qısa olaraq deyə bilərəm ki, Peyğəmbərimiz (s) Həccətül-Vida mərasimindən qayıdarkən, havanın istilik temperaturu 50 dərəcədən yuxarı olduğu halda Qədir-Xum səhrasında minlərlə müsəlmanı saatlarla "Əli (ə) sizin dostunuzdur" demək üçün saxlamamışdır. Zaman və məkan şəraitini nəzərə alanda məlum olur ki, Peyğəmbərimiz (s) çox mühüm məsələni çatdırmaq üçün hacıları o şəraitdə saxladı. Necə ki, bu barədə müsahibənin ötən hissəsində Qurandan Maidə surəsinin 67-ci ayəsinə işarə etdik.
Ardı var...
“Qədir-Xum” - dinin kamillik və nemətin sabitlik möhürü. 3-cü hissə