ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) Azərbaycanda Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev haqqında məlumat yayıb.
Komissiyanın rəsmi saytında dərc olunan məlumata görə, Samir Babayev 2026-cı ilin mart ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsinin qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatı ilə əlaqəli olduğu iddia edilir.
Məlumatda bildirilir ki, Azərbaycan hüquq-mühafizə orqanları Babayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair ittiham irəli sürüblər.
ABŞ komissiyası həmçinin Babayevin saxlanıldığı müddətdə etiraf ifadəsi almaq məqsədilə döyüldüyünü iddia edib.
Qurumun məlumatına əsasən, Samir Babayev daha əvvəl, 2022-ci ildə dini fəallara qarşı keçirilən əməliyyat zamanı da həbs olunub və narkotik vasitələrlə bağlı ittiham əsasında üç il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt ona Müsəlman Birliyi Hərəkatından ayrılmasının tələb olunduğu bildirilir.
Komissiyanın məlumat bazasında Babayevin dini mənsubiyyəti “şiə müsəlman”, saxlanılma tarixi isə “mart 2026” kimi göstərilib. Onun işgəncəyə məruz qalması barədə məlumatların olduğu və hazırda azadlığa buraxılmadığı qeyd edilib.
USCIRF Samir Babayevin işini dini etiqad azadlığı ilə əlaqədar hüquq pozuntuları çərçivəsində təqdim edir.
ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayevi dini etiqadına görə həbs edilən şəxslər siyahısına daxil edib

Oxşar xəbərlər