Yəməndə ABŞ və Böyük Britaniyanın hücumlarına qarşı etiraz aksiyası keçirilib

Yəməndə ABŞ və Böyük Britaniyanın həyata keçirdiyi hücumlara etiraz etmək və Fələstinə dəstək məqsədilə geniş iştiraklı nümayişlər keçirilib.

Operativtv.com Az.rasthaber.org-a istinadən xəbər verir ki, Sənanın Sebin küçəsində toplaşan yəmənlilər cümə namazından sonra ABŞ və Böyük Britaniyanın Yəmənə aviazərbələr endirməsinə etiraz ediblər.

“Biz Fələstinin yanındayıq, Amerika terrorun anasıdır” şüarı ilə keçirilən nümayişlərdə sionist rejimin Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi soyqırım etiraz edilib.

Paytaxt Səna ilə yanaşı, Hudeyda, Səda, Həcc, Taiz və Beydada da oxşar nümayişlər keçirilib.