Türkiyə 79 min suriyalıya vətəndaşlıq verib

Türkiyə vətəndaşlıq verdiyi suriyalıların sayını açıqlayıb.

Türkiyə KİV-nə istinadən xəbər verilir ki, statistik rəqəmi daxili işlər naziri Süleyman Soylu ölkədə keçiriləcək bələdiyyə seçkilərindən danışarkən açıqlayıb. Nazirin sözlərinə görə, martda keçiriləcək seçkilərdə Türkiyə vətəndaşlığı almış suriyalılar da iştirak edəcək: “Türkiyə 79 min 820 suriyalıya vətəndaşlıq verib. Onlardan yetkinlik yaşına çatmış 59 min 99 nəfər bələdiyyə seçkilərində səsverməyə qatılacaq”.

Qeyd edək ki, Türkiyə martın 31-də bələdiyyə seçkiləri keçirməyə hazırlaşır.