Tramp: Qəzzada insanlar aclıqdan ölür, bu problemi həll edəcəyik

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında insanların aclıqdan əziyyət çəkdiyini bildirib, problemi həll edəcəyinə söz verib.

Bu barədə Tramp Əbu-Dabidə “Fox News”a müsahibəsində deyib.

"Biz insanların qayğısına qalmaq istəyirik. Baxın, insanlar aclıqdan ölür. Üç böyük liderdən biri iki gecə əvvəl mənə dedi ki, lütfən, Fələstin xalqına kömək edin, onlar aclıq çəkirlər. Ona görə də mən artıq bunun üzərində işləməyə başlamışam. Bu, dərin problemdir, amma biz bunu həll edəcəyik" - Tramp bildirib.

Trampın fikrincə Qəzza azad zonaya çevrilməlidir.

İsrailin Baş naziri Benyamin Netanyahudan narazı olub-olmadığı soruşulduqda isə Tramp, “Xeyr, baxın, onun çətin vəziyyətdədir” deyib.

Xatırladaq ki, Tramp ilk dəfə fevral ayında ABŞ-ın Qəzzaya sahib çıxması təklifini irəli sürmüşdü. Plan bütün dünya ölkələri tərəfindən geniş şəkildə rədd edilib.