Təl-Əvivdə yüzlərlə insan növbəti dəfə küçələrə çıxıb

İsrailli məhbusların qohumları və onlara dəstək verən qruplar Təl-Əviv və Qüdsdə nümayişlər keçirərək hökuməti məhbusların xilas edilməsi üçün razılıq əldə etməyə çağırıblar.

Təxminən beş yüz nəfərlik qrup Təl-Əvivdə "Girovlar Meydanı" adlandırdıqları İsrail Muzeyinin qarşısındakı əraziyə toplaşıb. Qəzzada əsirləri geri qaytarmaq üçün İsrail hökumətindən Fələstin tərəfi ilə bir an əvvəl əsir mübadiləsi anlaşması imzalamasını istəyən nümayişçilər tez-tez "Hal-hazırda" şüarları səsləndiriblər.

Əllərində “(məhbusları) geri gətirin” yazılı lövhələr və əsirlərin fotoşəkilləri olan kütlə Müdafiə Nazirliyinin yerləşdiyi Kaplan küçəsinə doğru hərəkət edib.

Digər bir qrup məhbus yaxınları Qərbi Qüdsdəki meydana toplaşaraq İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahının yerləşdiyi yerə doğru yürüş ediblər.

Netanyahunun iqamətgahı qarşısında əvvəllər qurduqları çadırlara gələn nümayişçilər hökumətə qarşı da oxşar tənqidlər səsləndirib və Qəzzada əsirlərin xilas edilməsini tələb ediblər.