Terrorla bağlı İrandan ilk açıqlama

İranın daxili işlər naziri Vahidi İran dövlət televiziyasına verdiyi açıqlamada, 2020-ci ilin yanvarında ABŞ-ın Bağdaddakı hücumunda İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Süleymaninin öldürülməsinin 4-cü ildönümü ilə bağlı anım mərasimində baş verən iki partlayışı dəyərləndirib.

Əhməd Vahidi bəyan edib ki, Kirmandakı bombalı hücumlarla bağlı İran təhlükəsizlik qüvvələri bu cinayəti törədənlərə ən qısa zamanda sarsıdıcı və qəti cavab verəcək. Hücumu əvvəlki sui-qəsdlərin davamı kimi qiymətləndirən Vahidi Kirmandakı vəziyyətin hazırda təhlükəsizlik qüvvələrinin nəzarətində olduğunu bildirib.

Vahidi bildirib ki, təhlükəsizlik qüvvələri partlayışa görə məsuliyyət daşıyanlara ən qısa zamanda “əzici və qəti cavab” verəcək.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyini deyən Vahidi sosial mediada paylaşılan məlumatlara etibar edilməməsi lazım olduğunu və lazımi məlumatların ictimaiyyətlə paylaşılacağını bildirib.

İranlı nazir həmçinin qeyd edib ki, regionda rabitə şəbəkəsində heç bir problem yoxdur.

Xatırladaq ki, Qasım Süleymaninin öldürülməsinin 4-cü ildönümü ilə əlaqədar anma mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda Kerman vilayətində iki partlayış baş verib.

Son məlumatlara görə, Süleymaninin məzarının yerləşdiyi qəbiristanlığın yaxınlığında baş verən partlayışlarda 103 nəfər ölüb, 141 nəfər yaralanıb.