Şeyx Sərdar Hacıhəsənli mayın 17-də cəza çəkdiyi qapalı tipli cəzaçəkmə müəsisəsindən 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Elə həmin gündən də qondarma bəhanələrlə burada o, karserə salınıb.
Ruhani Şeyx Sərdar Hacıhəsənli, 19 oktyabr 2021-ci ildə İran- Azərbaycan arasında gərginləşən münasibətlərdən dolayı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şərlənərək həbs olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib. 2 ildən artıq müddətdə DTX-nın həbsxanasında saxlanılan Şeyx Sərdar həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirib. Özünü təqsirli bilməyib və ittihamları qətiyyən qəbul etməyib. İfadə verməkdən də imtina edib.
2023-cü ilin 28 sentyabr tarixində Şeyx Sərdar Hacıhəsənliyə hökm oxunub, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
2024-cü ilin yanvar ayının 24-də Bakı İstintaq Təcridxanasından 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən Şeyx Sərdar elə həmin gündən (24 yanvar 2024-cü il) qayda pozuntusu bəhanəsi ilə 3 ay 7 saylı Cəzaçəkmə Müəssisəsində "kars"da (cərimə təcridxanasında) saxlanılıb.
4 mart 2024-cü ildə vəkil və ailəsinə xəbər vermədən və hüquqlarını müdafiə edən şəxsin iştirakı olamdan Xətai Rayon Məhkəməsi online şəkildə Şeyx Sərdar haqqında 1 il müddətində həbsxana, qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə köçürülməsi ilə bağlı qərar qəbul edib. 1 il cari ilin 17 may 2025-ci il tarixndə başa çatdığı üçün o, 1 saylı cəzaçəkmə müəsisəsinə köçürülərək burada karserə salınıb.
Şeyx Sərdar Hacıhəsənli 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülərək karserə salınıb