Seyid Həsən Nəsrullah: Qəzza qan, silah, cəbhə və məqsəd birliyinin simvoludur

Livan Hizbullah Hərəkatının Baş katibi deyib: “Qəzza qan, silah, cəbhə və məqsəd birliyinin simvolu olaraq düşmənlərimizin yuxusunu qaçırıb. Bu ümmətin müqavimətdən başqa bir variantı olduğuna inanan çox, çox, çox yanılır.”

Operativtv.com İRNA-ya istinadən verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah 12-ci “Qəzzə müqavimət simvolu” konfransına müraciət edib. Livan Hizbullah Hərəkatının Tehrandakı nümayəndəsi Seyid Abdullah Səfiyəddin tərəfindən oxunan müraciətdə deyilir: “Bu gün Qəzza bir simvoldur. Çünki Qəzzada şərəfli, qabaqcıl və barışmaz bir müqavimət var. Qəzza müqavimət göstərməsəydi, izzət simvolu olmazdı. Müqavimət izzət, böyüklük rəmzi və qələbənin açarıdır.”

Müraciətin davamında deyilir: “Fələstin müqavimət qrupları tərəfindən Qəzzada öldürülən İsrail zabit və əsgərlərin sayı 1967-ci ildəki altı günlük müharibənin sayından dəfələrlə çoxdur.”

Seyid Həsən Nəsrullah əlavə edib: “İsrail ordusu 6 günlük müharibədə (müsəlman torpaqlarının) 69.000 kvadrat kilometrdən çoxunu işğal etdi. Bu gün isə Qəzzanın bir hissəsində məğlubiyyətə uğrayıb, heç bir məqsədə nail ola bilmir, (yeni ərazini) işğal edə biləcəyini elan edə bilmir, hətta qələbəyə yaxınlaşmağa gücü yoxdur. Daim uğursuzluqlarını növbəti mərhələyə keçid kimi adlandırır. Ona görə də bu konfransın şüarı “Qəzza, müqavimət simvolu” uyğun və düzgün şüardır.”

Hizbullah Hərəkatının Baş katibi bildirib: “Bu bərəkətli konfransın tribunasından İran İslam Respublikasının rəhbərləri və xalqına öncül dəstəyə, eləcə də, İmam və Rəhbər Ayətullah Seyid Əli Xameneinin (Allah onun ömrünü uzun etsin) əsil və müdrik mövqelərinə görə təşəkkür edirəm.”