Qəzzada kiçik bir qrup Amerikanı və ondan asılı olan sionist rejimi zəlil və aciz edib

"İnsanların böyük hadisələrdə rol ifa etmə gücünü unutmamalıyıq. Biz bunu öz həyatımızda təcrübə etmişik; həm özümüz unutmamalı, həm də bu təcrübəni başqalarına da əks etdirməliyik."
Bunu İranın Ali Dini Rəhbəri Seyid Əli Xamenei bu gün səhər Qum əhalisinin 19 dey 1356-cı il (09.01.1978) tarixi qiyamının ildönümü münasibətilə bu şəhərdən olan minlərlə insanla görüşündə çıxışında deyib.
"Bu gün Qəzzanı - böyük bir hadisədə xalqın varlığı və müqavimətinin gücünün rolunu görürsünüz. Yəni kiçik bir qrup, məhdud bir xalq, məsələn, bir qarış torpaqda iki milyon insan o boyda Amerikanı və ondan asılı olan sionist rejimi zəlil və aciz edib. Xalqın iştirakı deyəndə, bu nəzərdə tutulur."
Ali Rəhbər bildirib ki, Qumdakı hadisə bundan da böyük bir hadisədir. Niyə? Çünki Dey ayının 19-da (1356-cı il - 09.01.1978-ilin tarixi qiyaml) Qum əhalisi küçələrə çıxdı, şəhid oldular, döyüldülər, bəziləri həbsxanaya düşdülər, lakin, təqribən, bir il ərzində
bu ölkəyə hakim olan qəddar və zalım rejimi devirməyi bacaran bir hərəkatın başlanğıcına çevrildilər."
"Bunu bizə və xalqa İmam Xomeyni öyrətdi" - deyən Ayətullah Xamenei bildirib ki, İmam Xomeyni xalqa insanların səhnədə olmasının möcüzə olduğunu öyrətdi. İmam Xomeyni 1962 və 1963-ci illərdə bunu bütün İran xalqına əməli, sözü, məntiqi və düşüncəsi ilə göstərdi.
"Onlara başa saldı ki, irəli getmək və istədikləri nəticələri əldə etmək istəyirlərsə, meydanda olmalıdırlar. Geri çəkilib ona-buna arxalanaraq, küncdə gizlənməyin faydası yoxdur. Meydanın ortasına gəlmək lazımdır və özü də meydana gəldi."
İmam Xomeyini o zamanın siyasi partiyaları, qrupları, cərəyanları, məşhur və iddialı siyasi şəxsiyyətlərilə oturub-durmaq əvəzinə, gəlib camaatla oturdu.
Əmirəlmöminin Əli (ə) Malik Əştərə buyurmuşdur:
«إِنَّمَا عِمَادُ الدِّینِ وَ جِمَاعُ الْمُسْلِمِین وَ الْعُدَّةُ للْأَعْدَاءِ الْعَامَّةُ مِنَ الْأُمَّةِ».
"Həqiqətən, dinin sütunu, müsəlmanların birliyi və düşmənlər qarşısında (döyüşmək üçün) hazır olan xalq kütləsidir." ("Nəhcül-bəlağə", hikmət 53.)
Əmirəlmöminin öz millətinə xitab etsə də, bu, bizə də aiddir. Siz İslam cəmiyyətisiniz və İslamınızın dayağı ümmət və xalq kütləsidir
العامة من الامة. - Düşmənə qarşı hazır olan bu ehtiyatlar kimlərdir? İnsan kütləsi
Ali Rəhbər bildirib ki, Qəzzə məsələsində proqnozlar, tədricən, özünü tamamilə göstərir. "İstər burada, istərsə də başqa yerlərdə dünyanın uzaqgörənlərinin elə əvvəldən proqnozu bu idi ki, bu işdə Fələstin müqaviməti qalib gələcək, lənətlənmiş xəbis sionist rejim isə məğlub olacaq. Bu baş verir. Bunu hamı görür.
Sionist rejim üç aydır ki, cinayətlər törədir. Birincisi, həmin cinayətlər tarixdə qalacaq. Sionist rejim yox olub məhv edildikdən və Allahın lütfü sayəsində yer üzündən silindikdən sonra da, bu cinayətlər unudulmayacaq. Kitablarda yazacaqlar ki, bir gün bu bölgədə bir qrup hakimiyyətə gəlmiş, belə bir cinayətlər törətmiş və bir neçə həftə ərzində bir neçə min uşaq və qadın öldürmüşlər.
Bu unudulmayacaq. Hamı anlayacaq ki, həmin xalqın səbri və Fələstin müqavimətinin duruşu bu rejimi geri çəkilməyə məcbur edib."
Ali Rəhbər Ayətullah Xamenei bildirib ki, sionist rejim yüz günə yaxındır ki, cinayətlər törədir və bu müddət ərzində heç bir məqsədinə nail ola bilməyib. "Məğlubiyyət nə deməkdir? Məğlubiyyət elə budur! Dedi ki, biz HƏMAS-ı məhv edəcəyik, amma bacarmadılar. "Qəzza xalqını köçürəcəyik" dedi, amma bacarmadılar. Dedi ki, müqavimətin fəaliyyətlərinin qarşısını alacağıq, amma bunu da bacarmadılar.
Müqavimət yaşayır, coşqulu və hazırdır. O rejim isə yorğun, alçaldılmış, peşman və alnına cinayətkar damğası vurulmuşdur. Bu gün mövcud vəziyyət budur. Bu bir dərsdir.
Ali Rəhbər bu münaqişənin bir ibrət dərsi olduğunu vurğuladı: "Bu dərs onu göstərir ki, zülm, zorakılıq, hegemonluq və qəsbkarlığa qarşı müqavimət xəttinə əməl edilməli və müqavimət özünü daim yeni və hazır saxlamalıdır. Eləcə də, düşmənin hiylələrindən qafil qalmamalı və Allahın köməyilə, mümkün olan hər bir yerdə düşmənə zərbə vurmalıdır.
Ayətullah Xamenei bildirib ki, Allahın istəyilə, bir gün gələcək ki, İran xalqı və müsəlman xalqları səbir, müqavimət və Allaha təvəkkül edərək düşmənlərə və dünya şeytanlarına qələbəni öz gözləri ilə görəcəklər.
 
Maidə.az