Nəsrullah: Aruri sui-qəsdi cəzasız qalmayacaq

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah yanvarın 5-də canlı yayımla Beyrutdakı  mərhum Məhəmməd Yaqinin anım mərasimində çıxışında bölgədəki son hadisələri dəyərləndirib.

Nəsrullah Livanın cənubundakı qarşıdurmalarla bağlı bildirib ki, 90 gündən çox davam edən müharibə zamanı sionist düşmənin hərbi məntəqələri dəfələrlə hədəfə alınıb. Müqavimət qruplarının hücumlarından qorxan düşmən əsgərləri boşaldılmış şəhərlərə və uzaq mövqelərə qaçdılar. Cavab atəşi ilə həyata keçirilən müqavimət aksiyalarında düşmənin çoxlu sayda tankı və hərbi texnikası məhv edilib.

“Düşmən texniki nasazlıqlarını pilotsuz uçuş aparatları (PUA) və casus təyyarələri ilə kompensasiya etməyə çalışıb. Onlar ölənlərin və yaralananların sayına görə mediaya ciddi senzura tətbiq edirlər. Bununla belə, sionist ekspertlər həlak olanların sayının işğalçı ordunun elan etdiyi rəqəmdən üç dəfə çox olduğunu təxmin edirlər. Rejimin səhiyyə nazirliyinin məlumatına görə, şimal cəbhəsində 2000-dən çox insan yaralanıb.”

Livan müqavimətinin oktyabr ayından bu yana sionist hədəflərə qarşı ümumilikdə 670 əməliyyat həyata keçirdiyini bildirən Hizbullah lideri müqavimətin 50-si sərhəd məntəqəsi olmaqla 494 hədəfi vurduğunu və düşmənin sərhəd xəttindəki texniki-kəşfiyyat obyektlərini məhv etgiyini söyləyib.

O, Amerika və müttəfiqlərinin Ukraynada Rusiyaya qarşı strateji məğlubiyyətlə üz-üzə qaldığına da diqqət çəkib.

“Amerika administrasiyası Yaxın Şərqdə müharibə dairəsini genişləndirməkdən narahatdır, çünki Amerika Ukrayna ilə məşğul olduğu üçün müharibəni genişləndirmək istəmir. Ukrayna Rusiyaya qarşı strateji məğlubiyyətə hazırlaşır.

Livan, Suriya, İraq və Yəməndəki müqavimət qruplarının məqsədinə gəlincə onlar Qəzzada müharibəni dayandırmaq üçün düşmən kabinetinə təzyiq etməkdir. Livanın cənub cəbhəsinin açılmasının əsas səbəbi düşmənin Qəzza cəbhəsində təzyiqini azaltmaqdır.”

Həsən Nəsrullah Bağdaddakı Həşdi Şabi qərargahına edilən hücuma toxunaraq, Həşdi Şabi şəhidləri üçün başsağlığı verib.

 "Bu gün Amerika qüvvələrinin İraqdakı mövcudluğundan qurtulmaq və Amerikanın İŞİD-lə mübarizə ritorikasının yanlışlığına son qoymaq üçün bir fürsət var. Bu gün İraq işğalçıları tərk etmək üçün tarixi fürsətə malikdir. İraqlıların İraqı xilas etmək imkanı var və onlar Amerika qüvvələrini bölgədən çıxarmaq üçün bütün gücləri ilə vuruşacaqlar.

Bu gün müqavimət oxunun hərəkətlərini aşağılayanlar yəmənlilərin Qırmızı dənizdə etdiklərinə, Qəzzəyə hücumun əvvəlindən bəri heç nə təmin etməyən səssiz və səhlənkar rejimlərə təəccüblənənlərdir. Bu, bir çox yəmənlinin Ənsarullaha münasibətini yenidən nəzərdən keçirməsinə səbəb olub. Yəmən beynəlxalq tənliklərin bir parçası oldu və amerikalıların Qırmızı dənizdəki hərəkətlərini ifşa etdi. Amerika rəhbərliyi başa düşməlidir ki, ona qarşı olan Ənsarullah hərəkatı deyil, bütün təcavüzkarları məğlub edən milyonlarla Yəmən xalqıdır və Yəmənin ərəb və İslam, ərəb dünyasının gözündə qürur hissi artıb.”

Seyid Həsən Nəsrullah sionist rejimin HƏMAS-ın yüksək rütbəli lideri Saleh əl-Aruriyə qarşı törətdiyi terror hücumundan danışaraq Beyrutun Dahiyə bölgəsində Saleh əl-Arurinin öldürülməsinin cəzasız qalmayacağını bildirib.