17 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslarla bağlı zorakılıq və işgəncə faktları ara-sıra mətbuatda işıqlandırılır. Bu dəfə amansız davranışa MBH üzvü siyasi məhbus Tural Vəliyev məruz qalıb. Məhbuslara aid bütün hüquqlarından məhrum edilən inanclı karserə salınıb.
Buna səbəb orta məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmamasına etiraz olub. Belə ki, müəsisədə 50-dən artıq məhbusun məlum hadisəyə etirazı və aclıq aksiyasına başlaması hakimiyyətin narahatlığına səbəb olub. Onlardan aclığı dayandırmağı tələb edən müəsisə rəhbərliyi inanclıları bu məsələdə özünəməxsus “cəzalandırıb”.
Belə ki, Pentensiar Xidmətin "xüsusi işgəncə qrupu" 22-23 oktyabr tarixində 17 saylı Cəzaçəkmə Müəssisəsinə yeridilərək dindar məhbuslara qarşı amansız işgəncələr törədib. Hadisə zamanı ciddi xəsarətlər alanlar arasına Tural Vəliyev də olub. Bu barədə hadisə şahidləri, Pentensiar Xidmətin adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib.
Onun belində və ağciyərində problem olduğunu bilən İşgəncə qrupunun üzvləri daha çox problemli yerlərini təpikləyərək onu zədələyiblər. Turalın qolları arxadan bağlanaraq yerə yıxılıb, başına təpikləyiblər vurulub.
Bundan sonra onu xəstəxanaya göndərmək əvəzinə, cəza kamerasına salıblar.
Turalın atasının vəziyyəti ağırdır. Həyat yoldaşı ağır onkoloji xəstəlikdən əziyyət çəkir və belə ağır xəstə insanlar hər gün həsrətlə zəng gözləyirlər.
Turalın anası Nigar xanım da ötən il onkoloji xəstəlikdən dünyasını dəyişib. Anası, həyat yoldaşı və atası Turalın ikinci dəfə şərlənib həbs edilməsindən sonra keçirdikləri sarsıntı nəticəsində ağır xəstəlik tapıblar.
İşgəncəyə məruz qalan MBH üzvü karserə salınıb

Oxşar xəbərlər