Paşinyan: “Kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistanda hakimiyyət çevrilişi cəhdinin qarşısı alınıb

Ermənistanda terror və hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, terror və hakimiyyətin ələ keçirilməsi cəhdində arxiyepiskop Vazgen Qalstanyanın (Baqrat) lideri olduğu “Müqəddəs mübarizə” hərəkatı ittiham olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları bu gün səhərdən hərəkatın tərəfdarlarının evlərində və ofislərində axtarışlara başlayıb. MTX əməkdaşlarının Vazqen Qalstanyanın evində də axtarış apardığı bildirilir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyət çevrilişinə hazırlıq getdiyi barədə dünən sosial şəbəkə hesablarında məlumat paylaşıb.