Netanyahu geri addım atdı; Bizim mülki əhalini köçürmək niyyətimiz yoxdur

Daha əvvəl fələstinli mülki vətəndaşları üçüncü ölkəyə göndərməyə çalışdıqlarını bildirən İsrail Baş naziri Netanyahu, təpkilər və etirazlar müqabilində yumuşalaraq "Mülki əhalini köçürmək fikrimiz yoxdur" deyib.

Netanyahu televiziyada yayımlanan və X platformasında öz hesabında paylaşdığı ingiliscə çıxışında "Bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. İsrailin Qəzzanı daimi olaraq işğal etmək və ya mülki əhalisini köçürmək niyyəti yoxdur" deyib.

"İsrail HaYom" qəzetinin 25 dekabr 2023-cü il tarixində dərc etdiyi xəbərə görə, Netanyahu Likud partiyasının millət vəkilləri ilə görüşdə "Bizim problemimiz qaçqınları qəbul etməyə hazır olan ölkələrdir. Biz bunu həll etmək üçün çalışırıq" demişdi. Görünür son etirazlar onu bu fikirdən yayınmağa məcbur edib.