Liviyada etirazçılar hökumətə 24 saatlıq ultimatum veriblər

Liviyada etirazçılar tələblərini yerinə yetirmək üçün ölkənin Prezident Şurasına 24 saat vaxt veriblər.

Liviyada etirazçılar tələblərini yerinə yetirmək üçün ölkənin Prezident Şurasına 24 saat vaxt verib və tələblərinə məhəl qoyulmayacağı və ya yerinə yetirilməyəcəyi təqdirdə etirazlarını artıracaqları ilə hədələyiblər.

Etirazçılar ölkədəki siyasi dalana və təhlükəsizlik xaosuna, xüsusən də son toqquşmalardan sonra mülki şəxslərin ölümünə və ictimai əmlaka böyük ziyan dəyməsinə görə müvəqqəti Milli Birlik Hökumətini və Prezident Şurasını günahlandırıblar.

Etirazçılar həmçinin "bütün siyasi institutların ləğvini və müvəqqəti administrasiya üçün böhranla mübarizə komitəsinin yaradılmasını" tələb ediblər.

Onlar prezident şurasından konstitusiya layihəsi üzrə referendum, parlament seçkiləri və prezident seçkiləri üçün tarixlərin təyin edilməsini xahiş ediblər.