İsrail polisi “Qəzzada soyqırımı gizlədə bilməzsən” plakatları qaldıran şəxsləri saxlayıb

İsrail polisi Təl-Əvivdə müharibə əleyhinə nümayiş təşkil edən qrupa müdaxilə edərək, “soyqırımı dayandır” plakatlarını onların əlindən alıb və 4 nəfəri saxlayıb.

Yəhudi fəallardan ibarət nümayişçilər əllərində "(Qəzzada) soyqırımı gizlədə bilməzsiniz", "Fələstinlilərin həyatı qiymətlidir" və "Əlimiz qana bulaşmışdır" yazılı lövhələr qaldırıblar.

İsrail polisi nümayişçilərə müdaxilə edərək, əllərində olan pankartları zorla müsadirə edib.

Nümayişçilərlə polis arasında dava baş verərkən polis 4 nümayişçini saxlayıb.