İsrail müharibəni genişləndirməyi düşünürsə, bilməlidir ki, ona daha güclü cavab verəcəyik

Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim çıxışında sionist düşmənlə mübarizə prosesi ilə bağlı son hadisələri açıqlayıb və bu açıqlamaları verib: “Bəzi insanlar Livandakı müqaviməti öz vəzifəsini yerinə yetirdiyi üçün tənqid edirlər, lakin bu ittiham və qınaq Ərəb və İslam ölkələrinə, dünyanın bütün ölkələrinə yönəldilməlidir. Çünki onlar Fələstin xalqını dəstəkləmək üçün heç bir iş görmədilər.

Fələstinlilərə qarşı dayanan bu qəddar beynəlxalq koalisiyaya qarşı öz şərəf və vəzifəsini yerinə yetirməyə çalışanları qınamaq və ya günahlandırmaq düzgün deyil. Biz Cənubi Livanda vəzifəmizi yerinə yetirməyin əvəzini ödəyirik və bütün gücümüzlə xalqımızın çiynindən yükü götürmək üçün çalışırıq ki, onlar öz həyatlarını davam etdirə bilsinlər.

Müqavimət döyüşçülərinin bu fədakarlıqları Hizbullahın ölkəni dəstəkləmək niyyətində olduğunu və bunun əvəzini ödədiyini, müqavimətin müharibədən əvvəl və sonra etdiyi hər şeyin Livanın mənafeyinin reallaşmasına uyğun olduğunu göstərir. Biz ölkə daxilində insanların həyatını asanlaşdırmaq üçün nə lazımdırsa onu edirik və heç vaxt Cənubi Livandakı müharibənin və ya Qəzzadakı müharibənin ölkədəki daxili vəzifələrimizi yerinə yetirməyimizə mane olacağını deməmişik.

İndiki müharibənin ölkədaxili məsələlərlə heç bir əlaqəsi yoxdur və siyasi məsələlərdə, o cümlədən prezident məsələsində vəzifəmizi yerinə yetirməyə mane olmur. Əgər livanlılar prezidenti seçməyə razı olsalar, biz sabah prezidenti seçmək üçün toplantıya getməyə və bu prosesdə iştirak etməyə hazırıq.

Hər kəs bilməlidir ki, Cənubi Livandakı əməliyyatlarımız Qəzzada müharibə bitənə qədər davam edəcək və İsrail Livandakı ambisiyalarını genişləndirmək istəsə, biz daha güclü və təsirli cavab verəcəyik. Sionist düşmən bizim nə dediyimizi çox yaxşı bilir.