İranın xarici işlər naziri Abbas Arakçi X hesabında İsraillə atəşkəs iddiaları ilə bağlı açıqlama paylaşaraq, müharibədən İsrailin məsuliyyət daşıdığını bildirib.
İranın xarici işlər naziri Abbas Arakçi İsraillə yekun atəşkəs razılaşmasının olmadığını açıqlayıb.
Arakçi, müharibənin İranın deyil, İsrailin olduğunu vurğulayaraq, bölgədə gərginliyin davam etdiyini söyləyib.
Arakçi X platformasında paylaşdığı mesajda İran silahlı qüvvələrinin səhər saat 04:00-a qədər davam edən əməliyyatlarla düşmənə qarşı cavab hücumlarını davam etdirdiyini bildirib.
Nazir deyib: "Hazırda atəşkəs və ya hücumların dayandırılması ilə bağlı heç bir razılaşma yoxdur. Bununla belə, sionist rejim bu gün səhər saat 4-ə qədər İran xalqına qarşı qanunsuz hücumlarını dayandırmaq şərti ilə hücumlara cavab verməyə davam etmək niyyətində deyilik. Hərbi əməliyyatların dayandırılması ilə bağlı yekun qərarı daha sonra biz verəcəyik".
Arakçi, “Vətəni son damla qanına qədər müdafiə etməyə hazır olan və hər hücuma son ana qədər cavab verən silahlı qüvvələrimizə təşəkkür edirəm” deyib. O, əsgərlərin əzmini tərifləyərək əməliyyatların davam edib-etməyəcəyi ilə bağlı yekun qərarın daha sonra açıqlanacağı bildirilib.
ABŞ prezidenti Donald Trampın atəşkəs razılaşmasının əldə olunduğu iddiası İranın Əl-Udeyd bazasına hücumundan sonra gəlib.
Lakin hücumdan əvvəl ABŞ və İsrailin İranla münaqişəyə son qoymaq üçün danışıqlar apardığı bildirilirdi.
Wall Street Journal-ın yazdığına görə, ABŞ bölgədəki ərəb liderlərinə İsrailin İranla münaqişəni tezliklə bitirmək niyyətində olduğunu çatdırıb və bu mesajın birbaşa Tehrana çatdırılmasını tələb edərkən, Tehran İsrailin “Müharibəyə son qoymaq istəyirik” mesajına “Müharibəyə son qoymaq vaxtı hələ gəlməyib” deyərək cavab verib.
İranın xarici işlər naziri Ərakçi atəşkəslə bağlı iddialara cavab verib