12 May 2023

Nigeriyada terror aktı törədilib: 16 ölü

İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatının Nigeriyanın Borno əyalətində həyata keçirdiyi hücumda 16 dinc sakin həlak olub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Milli mətbuatda yer alan xəbərə görə, İŞİD-in Qərbi Afrika ISWAP terror təşkilatı Nigeriyanın Borno əyalətinin Abadam bölgəsində hücum həyata keçirib.

Hücum nəticəsində 16 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

MBH üzvü Rövşən Əliyev saxlanılıb

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Rövşən Əliyev saxlanılıb. Bu barədə məlumatı onun ailəsi bildirib. Təxminən saat 15-radələrində azyaşlı oğlu ilə şəxsi avtomobilidə olan Rövşən Əliyevə mülki geyimli bir neçə şəxs yaxınlaşıb. Şəxslər Rövşəndən onlarla bərabər getməyi tələb ediblər. O isə öz növbəsində uşağını evə buraxmağı xahiş edib. Bundan sonra mülki geyimlilərin müşayəti altında o, oğlunu yaşadığı evin qarşısına qədər gətirə bilib. Ardınca avtomobilini də qapıda buraxaraq Rövşən, mülki geyimlilər tərəfindən aparılıb.

Almaniyada məscidi yandırmağa cəhd edən şəxs həbs edilib

Almaniya polisi məscidi yandırmağa cəhd edən şəxsi həbs etdiklərini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Almaniya polisinin sözçüsü deyib: "Polisin tanıdığı bir şəxs çərşənbə axşamı axşam saatlarında ölkənin cənub-şərqindəki Drezden şəhərində məscidin önünə benzin tökərək, onu yandırmağa cəhd edib".

Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər

Bununla bağlı məsələ Milli Məclisin mayın 12-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməs

İlham Əliyevin Kılıçdaroğlunun “Tarixi İpək Yolunun Dirçəldilməsi Layihəsi”nə reaksiyası

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun tarixi İpək Yolunun dirçəldilməsi layihəsinə reaksiya verərək, "Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyənlərin arzuları ürəklərində qalacaq" deyib.

“Beşiktaş” sabah Bakıya gəlir

Bakıda “Sabah”la xeyriyyə oyununda üz-üzə gələcək “Beşiktaş” bu oyuna hazırlığı davam etdirir.

Unikal xəbər verir ki, İstanbul təmsilçisi bu gün növbəti məşqinə çıxıb.

Baş məşqçi Şenol Günəşin rəhbərliyi altında baş tutan axşam məşqində taktiki hazırlığa üstünlük verilib, yekunda ikitərəfli oyun keçirilib.

ABŞ səfirliyi ədalətsiz saxlanılanları azad etməyə çağırıb

Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının sədri Zamin Salayevin Məhkəməsi mayın 11-də Qaradağ rayon Məhkəməsində başlayıb. Salayev artıq 94 gündür ki, aclıq elan edir və azad edilməsini tələb edir. AXCP - ya görə, məhkəmə zamanı Salayev qurbana bıçaqla hücum ittihamını rədd edərək günahsız olduğunu təsdiqlədi. AXCP hesab edir ki, Salayevə qarşı ittihamlar onu müxalifət fəaliyyətinə görə cəzalandırmaq məqsədi ilə uydurulub.

İmam Hüseyn (ə) ziyarətgahı kasıb və şəhid ailələrinə yaşayış kompleksi inşa etdirir

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahı kasıb və şəhid ailələrinə yaşayış kompleksi inşa etdirir.

Ayətullah Əl Üzma Seyid Sistaninin nümayəndəsi və Kərbəla Ziyarətgah Kompleksinin qanuni himayəçisi Şeyx Əbdülmehdi Kərbəlayi yaşayış komplekslərində işin gedişatını izləmək üçün gələrək usta və fəhlələrə, həmçinin icraçı mühəndislərlə görüşüb.

MN: Zod istiqamətində nisbi sakitlik hökm sürüb, Ermənistan ordusu mövqelərimizi ümumilikdə 17 dəfə atəşə tutub

Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub.

Azərbaycan "Total Energies" şirkəti ilə "Abşeron" yatağından qaz hasilatı məsələlərini müzakirə edib

Mayın 11-də Azərbaycan Fransanın "Total Energies" şirkəti ilə "Abşeron" qaz yatağından hasilatın başlanılması məsələlərini müzakirə edib. Müqavilə öhdəliyinə görə, Total şirkəti 2018-ci ilin sonlarında yataqdan qaz hasilatına başlamalı idi.

Belə ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı ilə görüşündə "Abşeron" qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.

Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın azadlığa buraxılmasına qərar verib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, cümə axşamı Pakistanın Ali Məhkəməsi dramatik həbsi ümummilli zorakılıq etirazlarına səbəb olan ölkənin məşhur keçmiş baş naziri İmran Xanın azadlığa buraxılmasına qərar verib.

Xanın tərəfdarları sərbəst buraxılma qərarını qeyd etmək üçün Ali Məhkəmənin qarşısında rəqs edib.

The ruling directed Khanto appear Friday before the federal high court from where he was "unlawfully" arrested.