MBH-nın üzvü Azad Kərimovun ailəsi iıə görüşünə qeyri-qanuni qadağa qoyulub.

11 may tarixində Nəsimi Rayon Məhkəməsində MBH-nın üzvü Azad Kərimovun məhkəməsi baş tutub. Azad Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı vəkili Zibeydə Sadıqova müraciət edib. Lakin məhkəmə ev dustaqlığını qəbul etməyib.
Vəkili bildirib ki, 30 yanvar tarixində həbs edilən Azad Kərimovun ailəsi ilə görüş hüququ pozulub. İndiyə qədər onun ailə üzvləri ilə görüşməsinə imkan yaradılmayıb:
“Müstəntiq Azad Kərimovun ailəsi ilə görüşməsinə heç bir qadağa qoymayıb. Kürdəxanıda yerləşən İstintaq Təcridxanasında isə deyilir ki, müstəntiq görüşə qadağa qoyub. Hətta məsələ ilə bağlı ailəsi Ombudsman Aparatına da müraciət edib. Aparatdan bildirilib ki, görüş qanunidir və heç bir rəsmi qadağa yoxdur. Ailə 4 aydır bu ötür-ötür oyunundan yorulub artıq.
Telefon danışığına da həftədə bir dəfə 3-4 dəqiqə icazə verilib”.
Qeyd edək ki, Azad Kərimov bu ilin yanvar ayının 30-da saxlanılıb.
O, Azərbaycan hökumətinin 5 aydır başlatdığı şiə dindarların narkotiklə şərlənməsi layihəsinin qurbanlarındadndır. Azad Kərimov da digər dindarlar kimi CM-nin 234.4.3 madəsi ilə ittiham olunub.