Almaniyada məscidi yandırmağa cəhd edən şəxs həbs edilib

Almaniya polisi məscidi yandırmağa cəhd edən şəxsi həbs etdiklərini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Almaniya polisinin sözçüsü deyib: "Polisin tanıdığı bir şəxs çərşənbə axşamı axşam saatlarında ölkənin cənub-şərqindəki Drezden şəhərində məscidin önünə benzin tökərək, onu yandırmağa cəhd edib".

Bu 34 yaşlı kişi həbs edilib və yanğına görə polis tərəfindən istintaq aparılır. Onun bu işdəki motivi hələ də bəlli deyil.

Eyni şübhəlinin aprel ayında məsciddə Quranı yandırdığı deyilir.

Şahidlər həmin vaxt içərisində çoxlu cəmiyyət olan məscidin kənarında adamın benzin tökdüyünü gördükdən sonra təcili yardım çağırıblar.