05 March 2023

Pakistan ABŞ-la antiterror danışıqlarına ev sahibliyi edəcək

Bazar ertəsindən başlayaraq İslamabad ABŞ ilə iki günlük görüş keçirəcək. Pakistanın Xarici İşlər Nazirliyinin iki ölkənin üzləşdiyi "ortaq terror təhlükəsi" nə qarşı mübarizədə əməkdaşlıq müzakirə ediləcək.

Nazirlik bazar günü bildirib ki, ABŞ Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru vəzifəsini icra edən Kristofer Landberq danışıqlarda ABŞ-ın idarələrarası nümayəndə heyətinə rəhbərlik edəcək.

“Məhəmməd” adı bu şəhərin ən məşhur adı oldu

“Məhəmməd” adı İrlandiyanın Holvey şəhərində 2022-ci ildə yeni doğulan uşaqlara ən çox verilən ad olub.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, adıçəkilən irland şəhərində əvvəllər ən məşhur adlar “Liam” və “Maykl” idisə, 2022-ci ildə doğulan uşaqlar arasında “Məhəmməd” adı “Liam” və “Maykl”ı geridə qoyub.

Qeyd edilib ki, sözügedən şəhərdəki müsəlmanların sayı stabil şəkildə artmaqdadır.

Afinada etiraz aksiyasında 7 polis yaralanıb

Yunanıstanın paytaxtı Afinada həmkarlar ittifaqı və təşkilatlarının təşəbbüsü ilə parlamentin yaxınlığındakı Sintaqma meydanında keçirilən etiraz aksiyası zamanı 7 polis yaralanıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, Tempidə dəmir yolu qəzası səbəbindən 10 minə yaxın insan etiraza qalxıb.

Aksiya iştirakçıları polisə mərmər parçaları, daş və “Molotov kokteyli” atıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə T.Klaar tviterdə yazıb.

"İnsan tələfatı ilə nəticələnən insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda təcili irəliləyişin vacibliyini vurğulayır", - deyə o bildirib.

Taliban və İran sərhədçiləri arasında toqquşma baş verdi

İran və Əfqanıstan sərhəddində, Sistan və Bəlucistan əyalətinin şimalında yerləşən Xirmand şəhərindəki Milak körpüsü yaxınlığında Taliban ilə İran sərhədçiləri arasında toqquşma olub. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Milak körpüsü yaxınlığında İran və Əfqanıstan sərhədçiləri arasında baş verən toqquşma nəticəsində itki olmayıb.

Mənbə onu da bildirib ki, münaqişə həll olunub və hadisənin dəqiq səbəbləri araşdırılır.

“İki hərbi qulluqçumuz şəhid olub" - Müdafiə Nazirliyi

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

“Əsl müharibə sionist düşmən və kolonistlərlə olmalıdır”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın xaricdəki siyasi ofisinin rəhbəri İslam və ərəb xalqlarının dialoq və qardaşlıq yolu ilə daxili münaqişələrini bir kənara qoymalı olduğunu vurğulayıb. HƏMAS-ın xaricdəki siyasi ofisinin rəhbəri Xalid Məşəl: “İşğal edilmiş ərazilərdə vəziyyət xüsusilə də müqəddəs Ramazan ayı ərəfəsində gərginləşir və gərginliyə doğru gedir. Fələstinlilərin sionist düşmənə qarşı döyüş meydanında birlik və bütövlüyə ehtiyacı var.

Britaniya və Aİ arasında qaz əlaqəsi dayandırılıb

Böyük Britaniya və Belçika arasında qaz təchizatının həyata keçirildiyi interkonnektorun işi 2023-cü il martın 8-dək müvəqqəti olaraq dayandırılıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə "Bloomberg" Interconnector Ltd-nin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, buna səbəb regionda soyuq hava səbəbindən avadanlıqların sıradan çıxması olub.

"Arsenal"dan əzmkar qələbə

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, lider "Arsenal" "Bornmut"u qəbul edib. 0:2 hesabı ilə geridə olan ev sahibi yekunda 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, turnir cədvəlinə 63 xalla (26 oyun) "Arsenal" başçılıq edir. "Mançester Siti" 58 xalla (26 oyun)  2-ci, "Mançester Yunayted" 49 xalla (24 oyun) 3-cüdür.

Ermənistan tərəfi növbəti dəfə təxribat törədib

Operativtv.com Turana istinadən xəbər verir ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın  və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin məlumatında bildirilir.

Bravo hipermarketindəki basqınçılardan biri öldürüldü, ikincisi tutuldu

Operativtv.com Turana istinadən xəbər verir ki, dünən Bravo hipermarketinə  hücum edənlərdən biri öldürüldü, ikincisi isə tutuldu. Daxili İşlər Nazirliyinin mətbuat xidməti 4 mart axşamı bu barədə məlumat verib.

Əməliyyat tədbirləri zamanı onlardan birinin - Ruhlan İsmayılovun Tagiev, 19 ünvanında gizləndiyi aşkar edildi.

Əməliyyat zamanı o silahlı müqavimət göstərdi və öldürüldü.

Bu, ölkə üçün İŞİD-dən daha təhlükəlidir – İraq baş naziri

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani bu gün Səudiyyə Ərəbistanının Əl-Hədes telekanalına müsahibəsində İraq daxilindəki vəziyyət və xarici hərbi qüvvələr də daxil olmaqla bir çox mövzuya toxunub.

Məhəmməd Şiə Sudaninin müsahibəsindən önəmli başlıqları diqqətinizə çatdırırıq:

Korrupsiya ölkə üçün İŞİD-dən daha təhlükəlidir, inkişafı əngəlləyir, ölkənin maliyyə resurslarını israf edir.

Akşenerin qatılmadığı 5-lik masada görüş başa çatıb

İYİ Partiya lideri Meral Akşenerin açıqlamalarından sonra Millət Alyansının 5 üzvü Səadət Partiyasının Ümumi Qərargahında bir araya gəlib. Təxminən 5 saat davam edən görüşdən sonra verilən açıqlamada, "Sabahın Türkiyəsini qurmaq və inkişaf etdirmək əzmindəyik. 85 milyonluq xalqımızın heç bir üzvünü çöldə qoymadan, heç bir itki vermədən, kiminsə qəlbini qırmadan və ya etibarını itirmədən yolumuza davam edəcəyik”- bildirib.

Meral Akşener İmamoğlu və Yavaşa müraciət etdi: Millətimiz sizi vəzifəyə çağırır

İYİ Partiya sədri Meral Akşener Altı Masa Toplantısından sonra gözlənilən açıqlama ilə çıxış edib. O, partiyasının İmamoğlu və Yavaş adları ilə bağlı prezidentliyə namizəd kimi təklifini təkrarladığını, lakin bu təklifin Kamal Kılıçdaroğlunun lehinə rədd edildiyini bildirib.

Ənsarullahdan ABŞ-a xəbərdarlıq: “Vyetnamı unudacaqsınız”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatı Amerika hərbçilərinin bu ölkənin şərqində mövcudluğuna reaksiya verib və bunun məqsədinin Səudiyyə Ərəbistanına bu ərazilərə nəzarət etmək və qarşıdurmanı gücləndirməkdə dəstəkləmək olduğu bildirilir.

Yəməndəki xəbər agentlikləri şənbə günü Amerika əsgərlərinin Yəmənin cənub-şərq sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması qüvvələrinin mövcudluğu ilə əlaqəli olduğu deyilən fotoşəkilləri dərc edib.