Tunis Suriya ilə münasibətlərini gücləndirmək istəyir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdat Tunisin xarici işlər naziri Nabil Əmmar ilə telefon danışığında Suriya və Tunis arasında ikitərəfli əlaqələr və onların inkişaf etdirilməsi və gücləndirilməsi yollarını müzakirə edib.

Bu görüşdə Miqdat, fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Suriyaya verdiyi dəstəyə görə Tunisə təşəkkür etdi və Tunis prezidenti Qeys Səidin iki ölkə arasında diplomatik təmsilçilik səviyyəsini artırmaq istəyini müsbət qarşıladıqlarını ifadə edib.

Tunisli nazir öz növbəsində həmkarı Miqdada başsağlığı verib və Tunisin Suriyaya dəstəyini davam etdirdiyini və bu ölkə ilə müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi üçün səylərin olduğunu vurğulayıb.Hər iki nazir iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsini davam etdirmək və qarşıdakı dövrdə qarşılıqlı səfərlər etmək barədə razılığa gəliblər.

Tunis Rəyasət Heyətinin fevralın 9-da verdiyi açıqlamada prezident Qeys Səidin Suriyadakı diplomatik nümayəndəliyin səviyyəsini yüksəltmək istədiyi bildirilib.