Britaniya və Aİ arasında qaz əlaqəsi dayandırılıb

Böyük Britaniya və Belçika arasında qaz təchizatının həyata keçirildiyi interkonnektorun işi 2023-cü il martın 8-dək müvəqqəti olaraq dayandırılıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə "Bloomberg" Interconnector Ltd-nin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, buna səbəb regionda soyuq hava səbəbindən avadanlıqların sıradan çıxması olub.

Bu interkonnektor beynəlxalq sanksiyalara görə Rusiyadan xammalın tədarükü azaldıqdan sonra Aİ-yə təbii yanacağın çatdırılması üçün mühüm kanal olub.