15 January 2023

Alman polisindən ekoloqlara sərt reaksiya

Operativtv.com Rasthaber -ə istinadən Almaniyada 2,5 ildir mədən sahələrinin genişləndirilməsinə qarşı mübarizə aparan ətraf mühit fəallarına dəstək üçün təxminən 35 min insan toplaşıb. Ekoloqlar təbii həyatın deqradasiyasına və karbon qazının ətraf mühitə vurduğu ziyana işarə edərək, meşələrin linyit mədənləri üçün məhv edildiyini deyib və enerji şirkətlərini tənqid edib.

“Suriya işi”: Özbəkistan vətəndaşı kimi saxlanıldı, Azərbaycan vətəndaşı çıxdı

Suriyada silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunan “Azəri camaatı”nın üzvü Akif Osmanov məhkəmə qarşısına çıxarılır.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib.

İsraildə hərbi bazada partlayış olub, ölən və yaralananlar var

İsrailin mərkəzindəki hərbi bazada döyüş sursatının partlaması nəticəsində bir əsgər ölüb, daha üç hərbçi müxtəlif dərəcəli ağır xəsarət alıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbi polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalara başlayıb, tapılan dəlillər hərbi prokurorluğa təqdim olunacaq.

Ermənistanda Rusiya hərbi bazasının bağlanması tələb olundu

Ermənistanda Milli Demokratik Qütb blokunun üzvləri Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının yaxınlığında etiraz aksiyası keçiriblər.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, onlar Rusiya hərbi bazasının işinin dayandırılmasını tələb edib, Qarabağdakı sülhməramlıları öz işlərinin öhdəsindən gələ bilməməkdə günahlandırıblar.

İraq İran və Türkiyə ilə sərhəddə 6 min polis yerləşdirdi

Kürdüstanın İran və Türkiyə ilə ümumi sərhədlərinə 6 min polis yerləşdirilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Kürd mediası İraqın daxili işlər nazirinə istinadən məlumat yayıb. 

İraqın daxili işlər naziri Əbdül-Əmir əl-Şəmmari bildirib ki, İraqın İran və Türkiyə ilə sərhədlərinə nəzarət etmək üçün qərarlar qəbul edilib və keçid məntəqələrinin tikintisi, kameraların quraşdırılması və müşahidə qüllələrinin tikintisi üçün büdcə ayrılıb.

"Çelsi" "Şaxtyor"un yarımmüdafiəçisi Mudriki transfer etməyə yaxındır

İngiltərənin "Çelsi" futbol klubu Ukraynanın "Şaxtyor" komandasının yarımmüdafiəçisi Mixailo Mudrik ilə müqavilə imzalamağa yaxındır.

Operativtv.com Trendə istinadən məlumatına görə, bu barədə "Çelsi" öz rəsmi saytında bildirib.

""Çelsi" "Şaxtyor"la Mixailo Mudrikin transfer şərtlərini müzakirə edir. Bundan sonra futbolçu ilə şəxsi müqavilənin şərtləri razılaşdırılacaq", - deyə qeyd olunub.

Almaniya mayeləşdirilmiş təbii qaz qəbulu üçün ikinci terminal açır

Almaniyanın Lubmin şəhəri yaxınlığında mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün terminal açılıb, bu, ölkədə ikinci belə qurğu sayılır.

Operativtv.com Reporta istinadən xəbər verir ki, rəmzi açılış mərasimində Almaniya kansleri Olaf Şolts iştirak edib. Terminalın ilk çatdırılmaların nə vaxt aparılacağı hələlik məlum deyil.

Yaxın aylarda Almaniyada daha iki LNG qurğusunun açılması gözlənilir. Hər dörd terminalın ümumi gücü 33 milyard kubmetr qiymətləndirilir.

Beynəlxalq ictimaiyyət Laçın dəhlizinin blokadasının qarşısını almaq üçün Azərbaycana təzyiq etməlidir: İsveçli deputat

İsveç parlamentinin deputatı Byorn Zöder özünün Twitter mikrobloqunda yazıb ki, Azərbaycan Dağlıq Qarabağda 120 min nəfər üçün xarici dünya ilə yeganə yolu olan  Laçın dəhlizinin bloklanmasını dayandırmalıdır.

Minlərlə tunisli inqilabın ildönümündə prezidentə qarşı etiraz aksiyası keçirib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, şənbə günü 2011-ci ildə ölkəyə demokratiya gətirən inqilabın ildönümünü qeyd edən minlərlə etirazçı Tunisin mərkəzində Prezident Kais Səidin hakimiyyəti demək olar tam əlinə keçirməsinə etiraz olacaq yürüş keçirib və onun istefasını tələb edib.

ABŞ Dövlət Departamentinin Regional Münaqişələr İdarəsinin direktoru Bakıda səfrdədir

Operativtv.com Turan-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, o, Bakıda səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək.

Tofiq Yaqublunun quru aclığa keçdiyi bildirilir

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, siyasətçi Tofiq Yaqublunun quru aclığa keçdiyi bildirilir.

“Atam artıq bir neçə saatdır su içməkdən də imtina edib. O mənimlə görüş tələb edir. Mən 5 saatdan çoxdur xəstəxananın binası qarşısında görüş gözləyirəm. Hər dəfə deyirlər yuxarı demişik, amma görüşümə imkan vermirlər”, siyasətçinin qızı Nigar Həzi Amerikanın Səsinə deyib.

Bu gün saat 15-də vəkil Bəhruz Bayramov Tofiq Yaqublu ilə görüşüb.

Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilat ofisdən çıxarılıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, ictimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut 2015-ci ildən qərarlaşdığı ofisdən çıxarılıb.

Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, həmçinin ofisdə qərarlaşan Ziya Quliyevin rəhbərlik etdiyi Hüquqi Təşəbbüslər Mərkəzi və Müdafiə Xətti hüquq müdafiə təşkilatı da çıxarılıb.

“İraqdakı terror qrupları Türkiyə və İranda terror aktları həyata keçirir”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraqın baş naziri Deutsche Welle ilə müsahibədə İraqdakı terror qruplaşmalarının vaxtaşırı Türkiyə və İrana keçərək bu ölkələrə qarşı zorakılıq hərəkətləri həyata keçirdiklərini və bunun konstitusiyaya zidd olduğunu vurğulayıb.