Alman polisindən ekoloqlara sərt reaksiya

Operativtv.com Rasthaber -ə istinadən Almaniyada 2,5 ildir mədən sahələrinin genişləndirilməsinə qarşı mübarizə aparan ətraf mühit fəallarına dəstək üçün təxminən 35 min insan toplaşıb. Ekoloqlar təbii həyatın deqradasiyasına və karbon qazının ətraf mühitə vurduğu ziyana işarə edərək, meşələrin linyit mədənləri üçün məhv edildiyini deyib və enerji şirkətlərini tənqid edib.

 Aktivistlər Şimali Reyn-Vestfaliya əyalətinin Lützerath kəndində mədən sahələrinin genişləndirilməməsi və mövcud sahələrin bağlanması üçün nümayiş keçirib və təxminən 35 min insanın toplaşdığı aksiyada ekoloqlar polisin sərt müdaxiləsi ilə üzləşib. Polisin digər nümayişçilərin kəndə girməsinin qarşısını almaq üçün su şırnaqları, dəyənəklər və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib.