Ukraynanın Dnepr şəhərində 3 günlük matəm elan edilib

Ukraynanın Dnepr şəhərində yaşayış binasına raket düşməsi nəticəsində yaranan insan tələfatına görə 3 günlük matəm elan edilib.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə Şəhər Şurasının qərarında deyilir.

Şura bildirir ki, raket hücumunda 12 nəfər ölüb, 73 nəfər xəsarət alıb. Axtarış-xilasetmə tədbirləri davam edir.