Minlərlə tunisli inqilabın ildönümündə prezidentə qarşı etiraz aksiyası keçirib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, şənbə günü 2011-ci ildə ölkəyə demokratiya gətirən inqilabın ildönümünü qeyd edən minlərlə etirazçı Tunisin mərkəzində Prezident Kais Səidin hakimiyyəti demək olar tam əlinə keçirməsinə etiraz olacaq yürüş keçirib və onun istefasını tələb edib.

Böyük nümayişlərin ənənəvi məkanı hesab olunan Mərkəzi Həbib Burquiba prospektinə Tunis bayrağı dalğalandıran minlərlə etirazçı toplaşıb. Onlar “xalq rejimin devrilməsin tələb edir” kimi şüarlar səsləndiriblər. Bu barədə orada olan Reuters jurnalisti məlumat verib.

Həmin küçədə yerləşən Daxili İşlər Nazirliyinin binası önündə çox sayda polis və su sırnaqları yerləşdirilib.

“Tunis tarixindəki ən təhlükəli dövründən keçir. Səid bütün hakimiyyətin nəzarətini ələ keçirib və demokratiyaya zərbə endirib. İqtisadiyyat çökür. Biz səssiz qalmayacağıq,” 34 yaşlı nümayişçi Səid Anuar Əli deyib.

Etirazçılar polis və metal barikadaları aşaraq prospektə çatıblar. Onlar müxtəlif siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatlarının çağırış etdiyi bir neçə ayrı etiraz aksiyasını ayrı tutmaq cəhdlərini pozublar.

“Biz 2011-ci ilin yanvarında, Səid yox ikən Burquibada idik…bu gün o, Burquibanı bizə bağlayır. Biz nəyin bahasına olursa olsun, ora gedəcəyik,” 2011-ci il inqilabında iştirak edən fəal Çaima İssa deyib.

İnqilabdan öncəki avtokratiya ilə əlaqəsi olan bir digər siyasi partiya Karfagendə prezident sarayının yaxınlığında yürüş keçirməsi qadağan olunandan sonra Tunisin mərkəzində ayrı bir aksiya keçirib.

Səid 2021-ci ildə seçilən parlamenti dağıdıb və siyasi sistemi dəyişməyə başlayıb, ancaq dekabrda yeni, əsasən gücsüz parlament seçkilərində aşağı seçici fəallığı onun etdiyi dəyişikliklərə dəstəyin çox az olduğunu göstərdi.

Bu arada isə iqtisadiyyat çökür, mağaza rəflərindən əsas mallar yoxa çıxır və hökumət hələ ki, dövlət maliyyəsi iflasla üzləşdiyi bir vaxt, beynəlxalq yardım ala bilməyib.

Əsas siyasi qüvvələr, o cümlədən əksər partiyalar və həmkarlar ittifaqları indi Səidin layihəsinə qarşı çıxır. Onları çoxu bunu demokratiya əleyhinə çevriliş adlandırır.

Lakin onlar aralarındaı dərin ideoloji və şəxsi fikir ayrılıqlarını həll edə bilməyiblər ki, bu da onları illərdir vahid cəbhə yarada bilməyiblər.

Bİr çox partiya hələ də ən böyük partiya olan İslamçı Ennahdanın rolunu rədd edir. Güclü UGTT həmkarlar ittifaqı milli dialoq istəyir, ancaq Səidi çevrilişdə ittiham edən heç bir partiyanı dəvət etmir.

Etirazlar keçmiş avtokrat Zeynalabdin bin Əlinin 12 il öncə devrilməsi ilə eyni günə təsadüf edir. Yanvarın 14-ü Tunisdə bir çox partilayar və vətəndaş cəmiyyəti qrupları tərəfindən inqilanın ildönümü kimi qeyd edilir.

Saied birtərəfli qaydada rəsmi ildönüm tarixini dəyişsə də, 14 yanvar inqilabın yanlış istiqamətə doğru getdiyi bir an kimi qiymətləndirdiyini deyib.