Ərəbistan və İran arasında 2023-cü il üçün Hacc Anlaşma Memorandumu imzalanıb
Səudiyyə Ərəbistanı ilə İran Hacc və Ümrə Təşkilatı arasında 2023-cü il üçün anlaşma memorandumu imzalanıb.
Səudiyyə Ərəbistanı ilə İran Hacc və Ümrə Təşkilatı arasında 2023-cü il üçün anlaşma memorandumu imzalanıb.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoldaşlıq oyununu keçirib.
Operativtv.com Reporta istinadən məlumatına görə, "ağ-qaralar" Macarıstanın "Vaşaş" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 24-cü dəqiqədə Azərbaycan təmsilçisindən Kenni Sayef açıb. Rəqib 67-ci dəqiqədə bərabərlik qolunu vurub.
İsrail ordusu yanvarın 11-də ölkənin şimal bölgələrində Livan sərhədi yaxınlığında təlimlər keçirəcək.
Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Təlimlər Qaliley zirvəsi ərazisində baş tutacaq. Manevrlər zamanı Dov dağı bölgəsində artilleriya atəşi aparılacaq.
Təlimlər əvvəlcədən planlaşdırılıb və 2023-cü ilin hərbi hazırlığı planına daxil edilib.
İran kəşfiyyatı ötən dekabr ayında dörd, son günlərdə isə daha iki cəsus qrupunu ələ keçirdiyini bildirib.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən dekabr ayında Mossada işləyən dörd cəsus əməliyyat qrupunun aşkarlanması və üzvlərinin ələ keçirilməsindən sonra daha iki qrup ələ keçib.
Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rusiyadan yola düşən və 300 min ton buğda daşıyan iki yük gəmisi Pakistana çatıb.
Yerli KİV-də yer alan xəbərlərə görə, Rusiyadan Pakistana 300 min ton buğda daşıyan 2 yük gəmisi Kəraçi limanına yan alıb.
Rəsmilər martın 30-dək Rusiyadan daha 400 min ton buğdanın Qvadar limanına çatacağını açıqlayıb.
Ermənistan ölkədə KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.
Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi artıq bu qərarla bağlı qurumu məlumatlandırıb.
General Qasim Süleymani və İraqın Haşd-Şabi qüvvələrinin yüksək rəsmisi Əbu-Mehdi əl-Müəhəndisə qarşı terror hücumu əmrini verən ABŞ prezidenti Donald Trampın saxlanılma qərarı verilib.
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın Məhkəmə Şurasının sədri Muslim Mutib Tehrana səfəri zamanı deyib.
"Biz Bəxtiyar Hacıyevə qarşı siyasi motivli işdən narahatıq və onun Azərbaycan hakimiyyəti tərəfindən dərhal azadlığa buraxılmasına çağırırıq". Operativtv.com Turana istinadən bu barədə Norveç İnsan Haqları Evinin Twitter səhifəsindəki yazıda deyilir.
"Bakı Apellyasiya Məhkəməsinin evə buraxılması ilə bağlı vəsatətin rədd edilməsi barədə qərarından sonra Hacıyev dünən aclıq aksiyasını bərpa edib", deyə məlumatda əlavə edilib.
Livan Hizbullah Hərəkatı Fransanın “Charlie Hebdo” jurnalının İslam İnqilabının lideri Ayətullah Xameneini təhqir etməsini pisləyib.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Livan Hizbullah Hərəkatının verdiyi açıqlamada Fransanın "Charlie Hebdo" jurnalının çirkin hərəkətinə sərt reaksiya verilib.
Fransa jurnalının Ayətullah Xameneiyə qarşı təhqiramiz hərəkətini pisləyən bəyanatda bildirilib:
"Özünü imam Mehdi kimi təqdim edən şəxsi futbolda tanımışam və hər ay 30 manat zəkat vermişəm".
Operativtv.com Reporta istinadən xəbərinə görə, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Ramil Seyidov deyib.
Pakistanın keçmiş Baş naziri İmran Xan və müxalif Ədalət Hərəkatı Partiyasının bir sıra liderləri haqqında məhkəmə sistemini təhqir etməyə, hörmətsizliyə görə Pakistan Seçki Monitorinq Komissiyası həbs barədə order verib.
Operativtv.com Reporta istinadən xəbər verir ki, keçmiş Baş nazir və onun partiya yoldaşları girov qarşılığında sərbəst qala bilər.
İsrail qüvvələri son sutka ərazində işğal altında olan İordan çayının qərbində azı 16 fələstini həbs ediblər.
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri öncəki günlərdə olduğu kimi son sutkada da müxtəlif bölgələrdə həyata keçirdiyi basqında azı 16 fələstinlini həbs edib.
“Mazandaran əyalətinin Noşəhr şəhərində iğtişaşçıların lideri haqda edam hökmü çıxarılıb.”
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Mazandaran əyalətinin Baş Prokurorluğu məlumat verib.
Artıq bu siyasətdə özünü təsdiqləmiş praktiki bir haldır- ölkənin gündəmini dəyişmək istəyənlər xalq üçün həssas olan bir mövzunu diqqətə çəkirlər. Bunun üçün zatən ünvanına deyilən təhqirlərə alışmış kadr işə salınmalı, kütlənin hissiyatına toxunan fikir söylənilərək əsas mövzunu ikinci dərəcəli mövzuya çevrmək tələb olunur. Bu hakim dairələrin qlobal cinayətlərində istifadə edərək xalqın düşüncəsini yalnış tərəfə çəkməkdə effektiv metod olaraq tanınır.
Fransanın "Paris Saint-Germain" (PSJ) klubunun sahibi olan Qatar Sports Investments (QSI) investisiya şirkəti İngiltərə Premyer Liqasının klublarından birini almaq istəyir.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat dərc edib.
Livan ordusu İsrailin pilotsuz təyyarə və döyüş gəmisi ilə hava və dəniz sərhədlərini pozduğunu açıqlayıb.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediasının məlumatına görə, sərhəd pozuntuları ilə bağlı Livan ordusundan iki yazılı açıqlama verilib.
Rusiyanın "Urals" neftinin bir bareli yanvarın 6-da 38 dollardan aşağı satılıb. Bu, Moskvanın Ukrayna müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün Avropa İttifaqı və G7 ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət tavanından aşağıdır.
Toplum TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Argus" müstəqil qiymət agentliyinin məlumatlarına istinadən xəbər verir.
Koronavirus epidemiyası səbəbindən Ər-Riyad rəhbərliyi son iki ildə zəvvar məhdudiyyəti yaradaraq keçən il kvotanı bir milyonla məhdudlaşdırmişdı. Səudiyyə Ərəbistanının Hacc və Ümrə naziri Tövfik bin Fövzan ər-Rabia Ər-Riyadda keçirdiyi mətbuat konfransında bu il hacc mövsümü üçün yaş məhdudiyyəti də daxil olmaqla heç bir məhdudiyyətin olmayacağını bildirib.
“Son zamanlarda Azərbaycanla bəzi anlaşılmazlıqlar yaranıb ki, bu məsələlər də aradan qaldırıldı. Gələcəkdə Bakıya səfərim olacaq.”
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Türkiyədən Tehrana geri dönən İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
İşğal altında olan İordan çayının qərb sahilində İsrail Ordusunun hərbi qərargahında partlayış baş verib.
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, hadisə İordan çayının qərb sahilində Cenin rayonu ərazisində baş verib.
ABŞ administrasiyası İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığın qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır.
Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
Operativtv.com APA-ya istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü olub.<
Din xalqın milli-mənəvi dəyəri olsa da, zamanla müəyyən idioloji təsirlərə məruz qalaraq yanlışlıqlara tuş gəlir. Sovetlərin böyük gözdənsalma mexanizmi bu işin əvvəlini ruhaniləri, elm adamlarını ölkənin siyasi fiqurları olaraq silməklə dini inancın təsirini lokallaşdırıb, ardınca yaratdığı qorxu mühiti ilə bu təsiri tamamilə boğur. Sonrakı dövrlərdə məlumatsız cəmiyyətdə dinin istənilən təhrifə, yanlış, xürafata qarışdırma cəhdi və ya cəmiyyətdə gerilik əlaməti kimi təqdimatla o, din və cəmiyət arasında böyük boşluq əmələ gətirə bilir.