Gündəmi dəyişmə cəhdi

Artıq bu siyasətdə özünü təsdiqləmiş praktiki bir haldır- ölkənin gündəmini dəyişmək istəyənlər xalq üçün həssas olan bir mövzunu diqqətə çəkirlər. Bunun üçün zatən ünvanına deyilən təhqirlərə alışmış kadr işə salınmalı, kütlənin hissiyatına toxunan fikir söylənilərək əsas mövzunu ikinci dərəcəli mövzuya çevrmək tələb olunur. Bu hakim dairələrin qlobal cinayətlərində istifadə edərək xalqın düşüncəsini yalnış tərəfə çəkməkdə effektiv metod olaraq tanınır.

Heç kəsə ölkədə yaşanan hallar müəmmalı deyil. Aldadıcı dilənçi qəpikləri ilə örtməyə çalışılan pensiya siyasəti böyük bahalaşma müqabilində heç yalançı təbəssüm belə yarada bilmir. Milyardların oğurlanması, məmur ozbaşnalığı, məhkəmələrin dünən müsadirədən sonra bu gün danışığa əsasən oğurladıqları xalq malını yenidən oğru məmura qaytarması sankı hüquqi bir reallığımızdır. Avropa İttifaqının 2022-ci il üçün yekunları ötən illərin öhtəliklərində nəinki artım tempini, heç nə qədər geriləmə sürətini belə müəyyən edə bilmir. Əlbəttə, buna gündəm dəyişən hadislərlə rəng qatmaq üçün artıq yaltaqlıq normalarını aşan media orqanlarının zəhmətləri yeni yaradılan gündəmlə hər şeyi lazımınca gizlədə bilir.

Bu günə gəlincə kimliyi nurçuluq cərəyanından gündəmə gələn və məhz təmsilçi olaraq milli məclisə təyin olunan qruplaşmalar arasında yer alan Fazil Mustafanın bu dəfə də dəyişmək istədiyi gündəmi, onun təmsilçisi olduğu partiya rəhbərlərinin ziyarətində olduğu dini ocaq, pir və ziyarətgahları hədəfə aldı. Əslində hakim partiyanın gündəmi dəyişmək üçün “Fazillər”dən istifadəsi yeni hal deyil. Ancaq hədəfə məhz əqidəvi dünyagörüşün, xüsusi olaraq şiə inancının alması bu sırada təkcə hakimiyyətin gündəmi dəyişmə ilə məhdudlaşması şübhəsini yaradır. Görünür anti-şiə göstəpəklərinin hədəfi daxilində İranı göstərib İslamı-şiəni vurma siyasəti də bu işdə tam gücü ilə çalışır. Özü də həmişəki kimi, sədaqətli qulunun əli ilə.

Bu nöqtədə özünü türkpərəst göstərməyə çalışan və elə Türkiyədən hədəfə alınan nurçuluq xəttinə sədaqətli olan belə su bulandıranlara nə gündəm, nə də sədaqət amili olan tərəflərinə yaxşı görünmə üçün atdıqları addımla bağlı söyləmək yerinə düşərdi ki, artıq o heç kəsin ciddi qəbul etmədiyi bir öqtəyə çatıb. Heç olmasa ona görə ki, o Mustafaoğludur.

 

Əbülfəz Bunyadov.