Səudiyyə Ərəbistanı 2023-cü il Hacc kvotasında heç bir məhdudiyyətin olmayacağını açıqlayıb

Koronavirus epidemiyası səbəbindən Ər-Riyad rəhbərliyi son iki ildə zəvvar məhdudiyyəti yaradaraq  keçən il kvotanı bir milyonla məhdudlaşdırmişdı. Səudiyyə Ərəbistanının Hacc və Ümrə naziri Tövfik bin Fövzan ər-Rabia Ər-Riyadda keçirdiyi mətbuat konfransında bu il hacc mövsümü üçün yaş məhdudiyyəti də daxil olmaqla heç bir məhdudiyyətin olmayacağını bildirib.

2019-cu ildə dünya üzrə 2,6 milyon insan hacc ziyarətinə gedib. Yeni növ koronavirusun yayıldığı 2020-ci ildən sonra Səudiyyə Ərəbistanı zəvvarlara yaş və say məhdudiyyəti qoyub. Bu səbəbdən 2019-cu ildə zəvvarların sayının 2,5 milyona çatsa da, 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə isə 899 min 353 nəfərlə məhdudlaşıb ki, bunun da 779 min 919-u Səudiyyə Ərəbistan vətəndaşı deyil.

Səudiyyə Ərəbistanı Nazirliyi onu da bildirib ki, bu il qeydiyyata üstünlük daha əvvəl hacc ziyarətinə getməyənlərə veriləcək. Nazirliyin saytında yayılan açıqlamada, ziyarət haqqı ödənildikdən sonra zəvvara yardımçı əlavə edilməsinin mümkün olmadığı paylaşılıb. Səudiyyə Ərəbistanı qadınlara məhrəmsiz hacc ziyarətinə icazə verir. Səudiyyə Ərəbistanı qadınların hacc ziyarətində yanlarında məhrəm olması şərtinin bu il aradan qaldırılıb, lakin onların qadınlardan ibarət karvanda olması vacibdib. Əvvəllər Ər-Riyad rəhbərliyi qadınların onlarla məhrəmsiz həcc və ya ümrə ziyarətinə icazə vermirdi.