İsrail işğal altında olan İordan çayının qərbində 16 fələstinlini həbs edib

 İsrail qüvvələri son sutka ərazində işğal altında olan İordan çayının qərbində azı 16 fələstini həbs ediblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri öncəki günlərdə olduğu kimi son sutkada da müxtəlif bölgələrdə həyata keçirdiyi basqında azı 16 fələstinlini həbs edib.

Məlumata görə, bu şəxslər Nablusun Surra, əl-Xəlil rayonunun Beyt-Ummar, Ramallahın Beyt-Rima, Ceninin Yabad və işğal altındakı Qüdsün Anata məntəqələrindəki basqınlarda saxlanılan fələstinlilərdir.

İsrail qüvvələri ötən gün isə 17 fələstinlini saxlayıblar.

Qeyd edək ki, İordan çayının qərb sahili bölgələri 1967-ci ildən İsrailin işğalındadır.