İsrail Ordusunun hərbi qərargahında partlayış baş verib, dağıntılar var

İşğal altında olan İordan çayının qərb sahilində İsrail Ordusunun hərbi qərargahında partlayış baş verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, hadisə İordan çayının qərb sahilində Cenin rayonu ərazisində baş verib.

Hərbi qərargahda ötən gecə baş verən partlayışın səbəbi hələ məlum deyil.

Məlumata görə partlayış nəticəsində qərargah heyətinin olduğu kazarmada divarlar dağılıb. Xəsarətlər barədə məlumat yoxdur.

İsrail Ordusu hadisə ilə bağlı araşdırma aparır.