Ermənistan ölkədə KTMT-nin təlimləri keçirməkdən imtina edib

 Ermənistan ölkədə KTMT təlimlərinin  keçirilməsini məqsədəuyğun hesab etmir.

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi artıq bu qərarla bağlı qurumu məlumatlandırıb. 

"Ermənistanın müdafiə naziri KTMT-nin Birgə Qərargahına məlumat verib ki, hazırkı vəziyyətdə Ermənistan ərazisində KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmirik", deyə Paşinyan mətbuat konfransında vurğulayıb. 

Onun sözlərinə görə, ən azı cari ildə bu təlimlər Ermənistanda baş tutmayacaq.