İsrail ordusu ölkənin şimalında təlimlərə başlayır

İsrail ordusu yanvarın 11-də ölkənin şimal bölgələrində Livan sərhədi yaxınlığında təlimlər keçirəcək.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Təlimlər Qaliley zirvəsi ərazisində baş tutacaq. Manevrlər zamanı Dov dağı bölgəsində artilleriya atəşi aparılacaq.

Təlimlər əvvəlcədən planlaşdırılıb və 2023-cü ilin hərbi hazırlığı planına daxil edilib.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalant Müdafiə Qüvvələrinin Şimal Komandanlığının qərargahına baş çəkib, orada Livanla sərhəddəki vəziyyəti qiymətləndiriblər. Netanyahu bildirib ki, İsrail ordusu İrana və onun bütün peyklərinə, o cümlədən Livanda fəaliyyət göstərən silahlılara qarşı hərəkətə hazırdır.